Ana səhifə  |  Haqqımızda  Əlaqə
Çərşənbə, 8 yanvar 2025, 09:54:44  
 
  

                        
logo-veb
 Xəbərlər
24/12 | 09:10 Taekvondo üzrə ölkə birinciliyi və Azərbaycan çempionatı keçiriləcək
23/12 | 21:13 Cüdonun kata növü üzrə ölkə çempionatı və birinciliyi keçirilib
22/12 | 18:26 Azərbaycanda ilk dəfə tam məsafəyə marafon yarışı keçirilib
22/12 | 10:59 Azərbaycan cüdoçusu Çempionlar Liqasında bürünc medal qazanıb
21/12 | 14:31 Xankəndidə 50 ildən sonra badminton üzrə ölkə çempionatı keçirilib
20/12 | 18:50 Karate üslubu üzrə ölkə birinciliyi və çempionatına yekun vurulub
20/12 | 16:34 Boks üzrə Azərbaycan çempionatının qalibləri müəyyənləşib
20/12 | 16:34 Boks üzrə Azərbaycan çempionatının qalibləri müəyyənləşib
02/12 | 09:15 Cüdo üzrə Azərbaycan çempionatının komanda yarışlarına yekun vurulub
01/12 | 16:16 "Gəncə" basketbol komandası növbəti qələbəsini qazanıb
01/12 | 09:55 Cüdo üzrə Azərbaycan çempionatında fərdi yarışların qalibləri müəyyənləşib
30/11 | 22:31 Azərbaycanlı idmançı beynəlxalq fiqurlu konkisürmə yarışında qızıl medal qazanıb
29/11 | 22:48 Azərbaycan güləşçisi Qazaxıstanda keçirilən turnirdə qızıl medal qazanıb
29/11 | 15:47 Cüdo üzrə Azərbaycan çempionatının açılış mərasimi keçirilib
27/11 | 19:50 Azərbaycan idmançıları Özbəkistanda 3 qızıl medal qazanıblar
27/11 | 11:18 Fərid Qayıbov məşqçilik ixtisası üzrə ingilis dilində təhsil alan tələbələrlə görüşüb
27/11 | 10:59 İdman gimnastikası üzrə Azərbaycan çempionatı başa çatıb
26/11 | 11:42 Azərbaycanlı hakim Bosniya və Herseqovinada ən yaxşı seçilib
25/11 | 23:04 Azərbaycan taekvondoçuları Bosniya və Herseqovinada daha iki medal qazanıblar
25/11 | 22:58 Azərbaycan idmançıları Dünya Kubokunda iki bürünc medal əldə ediblər
25/11 | 13:27 Azərbaycan atıcısı Serbiyada uğura imza atıb
25/11 | 13:16 Azərbaycan badmintonçuları Botsvanada 6 medal qazanıblar
25/11 | 10:44 Azərbaycan taekvondoçuları Bosniya və Herseqovinada iki medal qazanıblar
24/11 | 22:11 Azərbaycan karateçiləri Avropa Kubokunda 1 qızıl və 1 gümüş medal qazanıblar
24/11 | 14:09 Azərbaycan cüdoçuları Avropa Kubokunda 4 medal qazanıb
24/11 | 12:25 Azərbaycan idmançıları Türkiyədə 12 medal qazanıblar
23/11 | 12:52 Azərbaycanın güllə atıcıları Serbiyadakı turniri beş medalla başa vurublar
23/11 | 09:28 Azərbaycanın güllə atıcısı Serbiyadakı Qran-pridə bürünc medal qazanıb
22/11 | 09:37 Qubada müxtəlif idman növləri üzrə təlimlər keçirilib
21/11 | 10:22 Azərbaycan taekvondoçusu Avropa çempionatında üçüncü yeri tutub
20/11 | 22:49 Azərbaycanla Qazaxıstan arasında idman sahəsi üzrə əməkdaşlığın genişləndirilməsi müzakirə edilib
19/11 | 16:14 Fərid Qayıbov İslam Həmrəyliyi İdman Assosiasiyasının baş katibini qəbul edib
18/11 | 10:26 Azərbaycan badmintonçuları Zambiyada 3 qızıl, 2 gümüş və 2 bürünc medal qazanıblar
18/11 | 09:22 Azərbaycan şpaqaçısı Türkiyədə qızıl medal qazanıb
17/11 | 21:39 Əli Əsədov “Barselona” prezidenti ilə birgə layihələrin keçirilməsini müzakirə edib
Digər xəbərlər 
Dünya çempionatında uğurla çıxış edərək ikinci yeri tutan millimiz Vətənə qayıdıb
Tarix: 29.07.2022 | Saat: 11:51:00 | E-mail | Çapa göndər
İtaliyanın paytaxtı Romada keçirilmiş U-17 dünya çempionatında uğurlu çıxış edən yunan-Roma güləşi üzrə millimiz Vətənə qayıdıb.

3 gümüş və 4 bürünc medalla komanda hesabında dünya ikincisi olan yığma komandanı Heydər Əliyev Beynəlxalq Aeroportunda Gənclər və İdman Nazirliyinin və Azərbaycan Güləş Federasiyasının rəsmiləri, idmançıların ailə üzvləri, məşqçilər və güləşçilər qarşılayıb.

“Yarışda komanda hesabında 130 xalla dünya ikincisi olduq. İrandan cəmi 5 xal geri qaldıq. Təəssüf ki, 60 kiloqram çəki dərəcəsində ölkəmizi təmsil edən güləşçi tapşırıqları layiqincə icra etmədi. Ancaq bu nəticə də yaxşıdır. Çünki heç vaxt U-17 yığmamız dünya çempionatında bu qədər çox xal qazanmamışdı. Gələcəkdə nöqsanlarımızı aradan qaldıracağıq. İnşallah, komanda hesabında dünya çempionu da olarıq”, - deyə böyük məşqçi Taleh İsrafilov bildirib.

Dünya çempionatında ikinci olan Fəraim Mustafayev söyləyib ki, çempionatda 4 görüş keçirdim. Üç qarşılaşmada rəqiblərimə tam üstünlüklə qalib gələrək finala yüksəldim. Qızıl medal qazanacağımı gözləyirdim. Məşqçilər də məndən çempionluq gözləyirdi. Ancaq bəzi səhvlərə görə finalda uduzdum və gümüş medal qazandım. Səhvlərim üzərində işləyib, gələcəkdə qızıl medal əldə etməyə çalışacağam.

“Avropa çempionatında olduğu kimi, dünya çempionatında da gümüş medal qazandım. Finalda Gürcüstan güləşçisi ilə qarşılaşdım. Bəzi səhvlərə görə dünya çempionu ola bilmədim. Gələcəkdə gümüşü qızıl medalla əvəzləməyə çalışacağam”, - deyə dünya çempionatının ikincisi Davud Məmmədov qeyd edib.

Dünya çempionatında ikinci pilləyə yüksələn İsmayıl Rzayev isə bildirib ki, mundialda 4 qələbə qazanaraq finala yüksəldim. Ancaq həlledici görüşdə Türkiyə güləşçisinə məğlub oldum. Açığı, bəzi hakim səhvləri də rol oynadı. Hakimlər bəzi qərarları ilə Türkiyə güləşçisinə kömək etdilər.

“Çempionatda 7 medal qazanmaqla komanda hesabında ikinci yeri tutduq. Bu qələbəmizi şəhidlərimizə həsr edirik. Zəhmət çəkən məşqçilərimizə və bizim üçün hər bir şəraiti yaradan federasiya rəhbərliyinə təşəkkürümüzü bildiririk”, - deyə dünya üçüncüsü Məzaim Mərdanov vurğulayıb.

Xatırladaq ki, mundialda Fəraim Mustafayev (55 kq), Davud Məmmədov (71 kq) və İsmayıl Rzayev (80 kq) gümüş, Hüseyn Savadov (45 kq), Səid Xəlilov (48 kq), Vədat Qasımlı (51 kq) və Məzaim Mərdanov (110 kq) bürünc medal qazanıb.
Xəbər 415 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
29.11.2024 Azərbaycan güləşçisi Qazaxıstanda keçirilən turnirdə qızıl medal qazanıb
16.11.2024 Azərbaycan güləşçiləri Dağıstanda 3 medal qazanıblar
12.11.2024 Azərbaycan güləşçisi Çində kəmər qazanıb
31.10.2024 Dünya çempionatı: Azərbaycanın üç sərbəst güləşçisi bürünc medal qazana bilər
30.10.2024 Azərbaycanın yunan-Roma güləşçiləri Gimnaziadanı 10 medalla başa vurublar
30.10.2024 Dünya çempionatında qızıl medal qazanan Azərbaycan güləşçiləri Vətənə qayıdıb
30.10.2024 Azərbaycanın güləş millisi dünya çempionatında birinci yeri tutub
29.10.2024 Azərbaycanın üç yunan-Roma güləşçisi dünya çempionatında qızıl medal qazanıb
27.10.2024 Azərbaycan güləşçiləri dünya çempionatında 2 qızıl, 3 gümüş, 3 bürünc medal qazanıblar
27.10.2024 Azərbaycan güləşçisi dünya çempionatında qızıl medal qazanıb


  Arxiv
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru