Ana səhifə  |  Haqqımızda  Əlaqə
Çərşənbə, 8 yanvar 2025, 13:53:20  
 
  

                        
logo-veb
 Xəbərlər
24/12 | 09:10 Taekvondo üzrə ölkə birinciliyi və Azərbaycan çempionatı keçiriləcək
23/12 | 21:13 Cüdonun kata növü üzrə ölkə çempionatı və birinciliyi keçirilib
22/12 | 18:26 Azərbaycanda ilk dəfə tam məsafəyə marafon yarışı keçirilib
22/12 | 10:59 Azərbaycan cüdoçusu Çempionlar Liqasında bürünc medal qazanıb
21/12 | 14:31 Xankəndidə 50 ildən sonra badminton üzrə ölkə çempionatı keçirilib
20/12 | 18:50 Karate üslubu üzrə ölkə birinciliyi və çempionatına yekun vurulub
20/12 | 16:34 Boks üzrə Azərbaycan çempionatının qalibləri müəyyənləşib
20/12 | 16:34 Boks üzrə Azərbaycan çempionatının qalibləri müəyyənləşib
02/12 | 09:15 Cüdo üzrə Azərbaycan çempionatının komanda yarışlarına yekun vurulub
01/12 | 16:16 "Gəncə" basketbol komandası növbəti qələbəsini qazanıb
01/12 | 09:55 Cüdo üzrə Azərbaycan çempionatında fərdi yarışların qalibləri müəyyənləşib
30/11 | 22:31 Azərbaycanlı idmançı beynəlxalq fiqurlu konkisürmə yarışında qızıl medal qazanıb
29/11 | 22:48 Azərbaycan güləşçisi Qazaxıstanda keçirilən turnirdə qızıl medal qazanıb
29/11 | 15:47 Cüdo üzrə Azərbaycan çempionatının açılış mərasimi keçirilib
27/11 | 19:50 Azərbaycan idmançıları Özbəkistanda 3 qızıl medal qazanıblar
27/11 | 11:18 Fərid Qayıbov məşqçilik ixtisası üzrə ingilis dilində təhsil alan tələbələrlə görüşüb
27/11 | 10:59 İdman gimnastikası üzrə Azərbaycan çempionatı başa çatıb
26/11 | 11:42 Azərbaycanlı hakim Bosniya və Herseqovinada ən yaxşı seçilib
25/11 | 23:04 Azərbaycan taekvondoçuları Bosniya və Herseqovinada daha iki medal qazanıblar
25/11 | 22:58 Azərbaycan idmançıları Dünya Kubokunda iki bürünc medal əldə ediblər
25/11 | 13:27 Azərbaycan atıcısı Serbiyada uğura imza atıb
25/11 | 13:16 Azərbaycan badmintonçuları Botsvanada 6 medal qazanıblar
25/11 | 10:44 Azərbaycan taekvondoçuları Bosniya və Herseqovinada iki medal qazanıblar
24/11 | 22:11 Azərbaycan karateçiləri Avropa Kubokunda 1 qızıl və 1 gümüş medal qazanıblar
24/11 | 14:09 Azərbaycan cüdoçuları Avropa Kubokunda 4 medal qazanıb
24/11 | 12:25 Azərbaycan idmançıları Türkiyədə 12 medal qazanıblar
23/11 | 12:52 Azərbaycanın güllə atıcıları Serbiyadakı turniri beş medalla başa vurublar
23/11 | 09:28 Azərbaycanın güllə atıcısı Serbiyadakı Qran-pridə bürünc medal qazanıb
22/11 | 09:37 Qubada müxtəlif idman növləri üzrə təlimlər keçirilib
21/11 | 10:22 Azərbaycan taekvondoçusu Avropa çempionatında üçüncü yeri tutub
20/11 | 22:49 Azərbaycanla Qazaxıstan arasında idman sahəsi üzrə əməkdaşlığın genişləndirilməsi müzakirə edilib
19/11 | 16:14 Fərid Qayıbov İslam Həmrəyliyi İdman Assosiasiyasının baş katibini qəbul edib
18/11 | 10:26 Azərbaycan badmintonçuları Zambiyada 3 qızıl, 2 gümüş və 2 bürünc medal qazanıblar
18/11 | 09:22 Azərbaycan şpaqaçısı Türkiyədə qızıl medal qazanıb
17/11 | 21:39 Əli Əsədov “Barselona” prezidenti ilə birgə layihələrin keçirilməsini müzakirə edib
Digər xəbərlər 
Slovakiyada Azərbaycan guşəsinin rəsmi açılışı keçirilib
Tarix: 29.07.2022 | Saat: 09:04:00 | E-mail | Çapa göndər
Banska Bıstritsada OCEP pavilyonunda Azərbaycan guşəsinin rəsmi açılışı baş tutub.


XVI Avropa Gənclər Yay Olimpiya Festivalını əlamətdar edən daha bir məqam festivalın tarixində ikinci dəfə Olimpiya Mədəniyyəti və Təhsil Proqramının (OCEP) pavilyonunun qurulmasıdır. Slovakiyanın Banska Bıstritsa bölgəsində keçirilən festivalın beşinci günü OCEP pavilyonunda Azərbaycan guşəsi fəaliyyətə başlayıb. 28 ölkənin iştirak etdiyi OCEP pavilyonunda Azərbaycanı Slovakiyanın 2 qardaşlaşmış məktəbi və Bakının Y.Kovalyov adına 229 saylı tam orta məktəbinin şagirdləri təmsil edib.

Açılış mərasimində MOK-un baş katibi Azər Əliyev, Avropa Olimpiya Komitəsinin İcraiyyə Komitəsinin üzvü Liney Rut Halldorssdottır, Slovakiya Olimpiya Komitəsinin prezidenti Siekel Anton, Polşa Olimpiya Komitəsinin prezidenti Andrzej Krasnicki, Bakı Şəhər Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva, Təhsil Nazirliyinin Məktəbdənkənar fəaliyyətin təşkili şöbəsinin sektor müdiri Hilal Salmanov, Azərbaycanın Avstriya Respublikasındakı səfirliyinin nümayəndələri, idmançılar və başqa rəsmilər iştirak ediblər.

Mərasimdə OCEP proqramının Azərbaycanın təşəbbüsü ilə Bakıda təşkil edilmiş XV Avropa Gənclər Yay Olimpiya Festivalından start götürərək Slovakiyada davam etdirilməsinin Olimpiya hərəkatının gənclər arasında təşviq olunmasında əhəmiyyətli rolu xüsusi vurğulanıb. Qeyd olunub ki, bu təşəbbüs gələcəkdə təşkil olunacaq festivallarda da tətbiq ediləcək.

Azərbaycanın Slovakiya Olimpiya Komitəsinə və Avropa Olimpiya Komitəsinə OCEP-in xalçaları təqdim olunduqdan sonra qardaşlaşmış Slovakiya və Azərbaycan məktəblərinin şagirdləri qonaqlar qarşısında milli rəqsləri ilə çıxış edib. Daha sonra qonaqlar pavilyonda quraşdırılmış Azərbaycanın və digər ölkələrin guşələrini ziyarət edərək məktəblilərin təmsil etdikləri ölkələrin mədəniyyəti, tarixi, idmanı, mətbəxi və sair sahələr üzrə təqdimat və viktorinalarını seyr ediblər. Azərbaycan guşəsi pavilyonda təmsil olunan digər səkkiz ölkə ilə müqayisədə dekorasiyası, təklif olunan təamları, fəaliyyətlərin zənginliyi ilə seçilərək qonaqların daha çox rəğbətini qazana bilib.

İyulun 31-dək Banska Bıstritsada olacaq OCEP məktəbliləri EYOF 2022 Sports Parkına, ərazidəki idman obyektlərinə səfər edərək idman yarışlarına baxmaq imkanı da qazanacaqlar. Avropa Gənclər Olimpiya Səfirlərinin təhsil proqramında iştirak edəcək məktəblilər Azərbaycanı təmsil etməklə yanaşı, digər ölkələrin sərgi stendlərində də qatılacaqlar.

Qeyd edək ki, Olimpiya Mədəniyyəti və Təhsili Proqramına (OCEP) “Bakı 2019” Avropa Gənclər Olimpiya Festivalı çərçivəsində start verilib. Beynəlxalq Olimpiya Komitəsinin Olimpiya Həmrəyliyi fondu və Avropa Olimpiya Komitəsinin dəstəyi ilə həyata keçirilən layihə Azərbaycan Respublikası Təhsil Nazirliyinin tərəfdaşlığı ilə Milli Olimpiya Komitəsi tərəfindən həyata keçirilir. 2021-2022-ci illər ərzində OCEP-in coğrafiyası genişlənərək təmsil olunan ölkələrin sayı 56-a çatdırılıb. Bu müddətdə Azərbaycandan olan qardaşlaşmış məktəblərin təşkil etdiyi tədbir və fəaliyyətlər 200 minə yaxın məktəblini əhatə edib.
Xəbər 1544 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
30.11.2024 Azərbaycanlı idmançı beynəlxalq fiqurlu konkisürmə yarışında qızıl medal qazanıb
27.11.2024 Azərbaycan idmançıları Özbəkistanda 3 qızıl medal qazanıblar
25.11.2024 Azərbaycan idmançıları Dünya Kubokunda iki bürünc medal əldə ediblər
17.11.2024 Əli Əsədov “Barselona” prezidenti ilə birgə layihələrin keçirilməsini müzakirə edib
17.11.2024 Prezident İlham Əliyev Beynəlxalq Kanoe, Avarçəkmə və Draqon Qayıqları federasiyalarının prezidentləri ilə görüşüb
12.11.2024 Azərbaycan təmsilçisi kəmər güləşi üzrə dünya çempionatında gümüş medal qazanıb
12.11.2024 Prezident İlham Əliyev FIFA-nın prezidenti ilə görüşüb
05.11.2024 Avropa birinciliyində uğurla çıxış etmiş Azərbaycan ağırlıqqaldıranları Vətənə qayıdıblar
03.11.2024 Dənizkənarı Milli Parkda “Qələbə qaçışı”nın qalibi müəyyənləşib
25.10.2024 Azərbaycan təmsilçiləri ciu-citsu üzrə dünya çempionatında qızıl və bürünc medal qazanıblar


  Arxiv
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru