Azərbaycan Voleybol Federasiyası (AVF) gənc və yeniyetmə oğlan və qız voleybolçuların fiziki hazırlığını artırmaq məqsədi ilə bölgələrdə təlim-məşq toplanışlarına start verib.
Yay aylarında planlaşdırılan hazırlığın ilki Xaçmaz rayonun Nabran qəsəbəsində keçirilir.
On gün davam edəcək məşqlərə 2005-2008-ci il təvəllüdlü oğlan voleybolçular cəlb olunublar. On yeddi idmançının iştirak etdiyi hazırlığa Qüdrət Məlikov, Cəlil Baxtiyozin, AVF-in nümayəndəsi, seleksioner məşqçi Yaqub Rəsulov birgə rəhbərlik edirlər.