Xüsusi Olimpiya Komitəsinin təşkilatçılığı ilə Şağan Olimpiya İdman Kompleksində oğlanlar arasında həndbol üzrə seçmə yarışlar keçirilib.
Turnir xüsusi Olimpiya proqramına uyğun olaraq 2 divizionda təşkil olunub. Yekun nəticəyə görə, birinci yeri Xəzər rayonu valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 2 nömrəli ümumi orta internat məktəbinin komandası tutub. İkinci yerə sərbəst məşqçi-müəllim Lyudmila Qasıyevanın komandası sahib olub. Üçüncü pillədə isə Xəzər rayonu, E.Mirzəyev adına sağlamlıq imkanları məhdud uşaqlar üçün 6 nömrəli Respublika xüsusi internat məktəbinin yığması qərarlaşıb.
Qeyd edək ki, yığma komanda ən güclü divizionda qalib gələn komandanın bazasında komplektləşdiriləcək və 2023-cü ilin beynəlxalq yarışlarında iştirak etmək şansı qazanacaq.