Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
22/04 | 23:29 1/4 finalçılar müəyyənləşib
22/04 | 22:56 Azərbaycan parataekvondoçuları Qubada hazırlıq keçirlər
22/04 | 22:38 Avropa çempionatı: Azərbaycan paraüzgüçüsü gümüş medal qazanıb
22/04 | 19:08 Kişi voleybolçulardan ibarət "Azərreyl" komandası ölkə çempionu olub
22/04 | 18:03 1/8 final mərhələsinin oyunları keçirilib
22/04 | 12:21 Bakıda bir sıra idman qurğularının fəaliyyəti ilə tanışlıq
22/04 | 09:51 Kişi voleybolçular arasında Azərbaycan çempionatının qalibi bu gün bəlli olacaq
22/04 | 09:29 Azərbaycan paraüzgüçüsü Avropa çempionu olub
21/04 | 21:28 Azərbaycan Premyer Liqasında XXXI tura yekun vurulub
21/04 | 20:35 "İdman Paytaxtı" seçilmək üçün Bakı şəhərinin namizədliyi irəli sürülüb
21/04 | 09:23 Azərbaycan cüdoçuları Avropa Kubokunun ilk günündə 2 medal qazanıb
20/04 | 22:21 Azərbaycanın iki boksçusu Avropa çempionatında mərhələ adlayıb
20/04 | 21:38 Azərbaycanın gimnastika komandası Bakıdakı turnirdə bürünc medal qazanıb
20/04 | 14:37 Veteran stolüstü tennisçilər arasında ölkə çempionatına start verilib
20/04 | 12:26 Kişi şahmatçılar arasında Azərbaycan çempionatında yarımfinalçılar müəyyənləşib
20/04 | 10:15 Basketbol üzrə Azərbaycan Kubokunun qalibi bəlli olacaq
19/04 | 21:13 Azərbaycan parabadmintonçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib
19/04 | 20:10 Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib
19/04 | 14:08 Azərbaycan atıcıları Olimpiya Təsnifat Çempionatında çıxış edəcəklər
19/04 | 11:27 Premyer Liqa: XXXI turun təyinatları açıqlanıb
19/04 | 11:27 Premyer Liqa: XXXI turun təyinatları açıqlanıb
19/04 | 10:35 Azərbaycanın stolüstü tennisçisi beynəlxalq turnirdə bürünc medal qazanıb
19/04 | 10:32 Azərbaycan Premyer Liqasında tura Tovuzda start veriləcək
18/04 | 14:22 Azərbaycan şahmatçıları Avropa çempionatında iştirak edəcəklər
18/04 | 14:21 Azərbaycanlı hakim Paralimpiadanın cüdo yarışlarına dəvət alıb
18/04 | 11:39 Azərbaycan millisinin kapitanı Macarıstan çempionu olub
18/04 | 10:47 Azərbaycanın U-17 millisi İnkişaf turnirində iştirak edəcək
18/04 | 10:16 Azərbaycan cüdo millisinin Polşa toplanışı başa çatıb
18/04 | 09:17 Azərbaycan gimnastları Dünya Kubokunda finala yüksəliblər
17/04 | 20:34 Qadın voleybolçular arasında Azərbaycan çempionatında ilk finalçı bəlli olub
17/04 | 18:32 17 yaşadək güləşçilər arasında Azərbaycan çempionatı keçiriləcək
17/04 | 16:48 Azərbaycan voleybol çempionatında ilk finalçı müəyyənləşib
17/04 | 15:36 Azərbaycanın güləş yığmaları Avropa çempionatına hazırlaşır
17/04 | 12:40 İlk dəfə kata üzrə Azərbaycan birinciliyi keçiriləcək
17/04 | 11:49 Azərbaycan bilyardçısı Avropa çempionu olub
Digər xəbərlər 
 Millətlər Liqası. C divizionu. “C” qrupu
N: Komandalar O Q H M T/F X
1 Belçika 6 5 1 0 16-3 16
2 Avstriya 7 5 1 1 15-7 16
3 İsveçrə 5 2 0 3 11-8 6
4 Azərbaycan 6 1 1 4 4-12 4
5 Estoniya 6 0 1 5 2-18 1
 Premyer Liqa. Turnir cədvəli
N: Komandalar O Q H M T/F X
1 Qarabağ 27 21 3 3 71-23 66
2 Sabah 27 11 7 9 39-32 40
3 Neftçi 27 11 7 9 34-29 40
4 Zirə 27 10 9 8 21-18 39
5 Sumqayıt 27 10 9 8 26-32 39
6 Səbail 27 10 7 10 39-41 37
7 Turan Tovuz 27 9 8 10 41-38 35
8 Araz-Naxçıvan 27 8 8 11 27-36 32
9 Kəpəz 27 7 6 14 29-47 27
10 Qəbələ 27 4 4 19 20-51 16
Formula 1 Azərbaycan Qran-Prisi “Red Bull Racing” komandasının pilotu Maks Ferstappenin qələbəsi ilə başa çatıb
Tarix: 12.06.2022 | Saat: 16:10:00 | E-mail | Çapa göndər
İyunun 12-də Bakı şəhər halqasında Formula 1 üzrə dünya çempionatının səkkizinci – Azərbaycan Qran-Prisinin əsas yarışına start verilib.

Evvəlcə Qran-Prinin açılış mərasimi keçirilib.

Açılış mərasimində “Lumineux” vokal xor ansamblı Azərbaycan Respublikasının Dövlət Himnini ifa edib.

Himnin ifası zamanı “SOS Uşaq Kəndləri Azərbaycan” təşkilatı tərəfindən qayğı göstərilən, valideyn himayəsindən məhrum uşaqlar əllərində pilotların fotoşəkilləri olan lövhələr tutublar. Uşaqların Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin növbəti sosial məsuliyyət yönümlü fəaliyyətində iştirakı böyük maraqla qarşılanıb. 1999-cu ildə yaradılmış “SOS Uşaq Kəndləri Azərbaycan” təşkilatı valideyn himayəsindən məhrum uşaqlar üçün ailələr yaratmaqla onlara öz gələcəklərini qurmaqda kömək edir.

Açılış mərasimindən sonra Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışı başlayıb.

Formula 1 yarışında hər biri iki pilotdan ibarət 10 komanda mübarizə aparıb. Pilotlar Bakı şəhər trekində 51 dövrə vurublar. Qran-Pridə “Mercedes” komandasının heyətində Luis Hamilton və Corc Rassel, “Ferrari” komandasında Karlos Sayns və Çarls Lekler, “Williams”ın heyətində Aleksander Albon və Nikolas Latifi yarışıblar. “Red Bull Racing” komandasında Serxio Peres, Maks Ferstappen, “Alpha Tauri”də Pyer Qasli və Yuki Tsunoda, “Alpine”da isə Fernando Alonso ilə Esteban Okon mübarizə aparıblar. Bundan başqa, “Alfa Romeo”nun heyətində Valtteri Bottas və Cou Quanju, “McLaren”də Daniel Rikkardo və Lando Norris yürüşdə iştirak ediblər. Pilotlar Mik Şumaxer və Kevin Maqnussen “Haas”, Sebastian Fettel və Lans Stroll “Aston Martin” komandasının idman şərəfini qoruyublar.

İki saata yaxın davam edən yürüşdə bütün rəqiblərini geridə qoyan “Red Bull Racing” komandasının niderlandlı pilotu Maks Ferstappen (1:34:05.941) Formula 1 Azərbaycan Qran-Prisinin qalibi olub. Onun komanda yoldaşı meksikalı Serxio Peres yarışı (+20.823s) ikinci sırada başa vurub. “Mersedes” komandasının britaniyalı pilotları Corc Rassel (+45.995s) üçüncü, Luis Hamilton (+71.679s) dördüncü olublar. İlk beşliyi “Alphatauri” komandasının fransalı sürücüsü Pyer Qasli (+77.299s) tamamlayıb. İlk beşlikdə qərarlaşan pilotlar aktivlərinə müvafiq olaraq, 25, 19, 15, 12 və 10 xal yazdırıblar.

Maraqlı idman mübarizəsi şəraitində keçən Qran-Pridə 5 sürücü – Karlos Sayns, Şarl Lekler (hər ikisi “Ferrari”), Cou Quanyu (“Alfa Romeo”), Kevin Maqnussen (“Haas”) və Lans Strol (“Aston Martin”) bolidlərdə yaranan texniki nasazlıq nəticəsində mübarizəni erkən dayandırıblar.

Formula 1 Azərbaycan Qran-Prisi başa çatdıqdan sonra qaliblərin mükafatlandırılması mərasimi keçirilib.

Qran-Prinin qalibi “Red Bull Racing” komandasının və niderlandlı pilot Maks Ferstappenin şərəfinə Niderlandın və Avstriyanın Dövlət himnləri səsləndirilib.

Sonra qaliblərə kuboklar təqdim olunub.

Qran-Prinin qalibi Maks Ferstappenə kuboku Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov təqdim edib.

“Red Bull Racing” komandasının nümayəndəsinə kubok Beynəlxalq Avtomobil Federasiyasının (FIA) prezidenti, ralli üzrə keçmiş pilot Mohammad ben Sulayem tərəfindən təqdim olunub.

Qran-Pridə ikinci yeri tutan Serxio Peresə (“Red Bull Racing) kuboku gənclər və idman naziri Fərid Qayıbov, üçüncü pillədə qərarlaşan britaniyalı Corc Rasselə (“Mersedes”) isə kuboku Azərbaycan Avtomobil Federasiyasının prezidenti Anar Ələkbərov təqdim ediblər.

Formula 1 Azərbaycan Qran-Prisinin kubokları Şuşanın 270-ci ildönümünə həsr olunub.

Xatırladaq edək ki, Formula 1 Azərbaycan Qran-Prisinə iyunun 10-da start verilib. Azərbaycan Qran-Prisinin ilk günündə Formula 1 pilotları birinci və ikinci sərbəst yürüşlərdə mübarizə aparıblar. Hər iki yürüşdə pilotlar 1 saat ərzində 6 kilometrlik Bakı trekində yarışıblar. Birinci sərbəst yürüşü “Red Bull Racing” komandasının pilotu Serxio Peres lider kimi tamamlayıb. “Ferrari”nin üzvü Şarl Lekler ikinci, “Red Bull Racing”in digər pilotu Maks Ferstappen isə üçüncü olublar. İkinci sərbəst yürüşdə “Ferrari”nin pilotu Şarl Lekler birinci olub. “Red Bull Racing” komandasının üzvləri Serxio Peres və Maks Ferstappen ilk üçlükdə yer alıblar. İyunun 11-də keçirilmiş üçüncü sərbəst yürüşdə “Red Bull Racing” komandasının pilotu Serxio Peres birinci, “Ferrari”nin üzvü Şarl Lekler ikinci, “Red Bull Racing”in digər pilotu Maks Ferstappen isə üçüncü yeri tutublar. Sıralama turunda isə “Ferrari”nin pilotu Şarl Lekler birinci olub. “Red Bull Racing” komandasının pilotları Serxio Peres və Maks Ferstappen ilk üçlüyü tamamlayıblar. Bu turun nəticələrinə əsasən, əsas yarışda pilotların düzülüşü müəyyənləşib.

Formula 1 üzrə dünya çempionatının cari mövsümü 22 mərhələdən ibarətdir. Qran-Prinin səkkizinci mərhələsinə Bakı ev sahibliyi edir. Altı kilometr uzunluğu olan və saat əqrəbi istiqamətinin əksinə hərəkət edən trek məşhur almaniyalı memar Hermann Tilke tərəfindən hazırlanıb. Azadlıq meydanından başlayan trek Hökumət Evinin ətrafı ilə fırlanaraq Qız qalasına çatmaq üçün İçərişəhər ətrafında 2,2 kilometr dairə vurur və Neftçilər prospektinə çıxaraq başlanğıc yerində sona çatır. Trekin ən geniş yerinin eni 13 metrdir, ən dar hissəsi trekin İçərişəhər ətrafında olan hissələrində, o cümlədən 7-ci və 8-ci döngələrdə 7,6 metr təşkil edir.

Builki dünya çempionata martın 18-20-də Bəhreyn Qran-Prisi ilə start verilib. Sonrakı mərhələlər Səudiyyə Ərəbistanı, Avstraliya, İtaliya, ABŞ, İspaniya və Monakoda keçirilib. Mövsümün səkkizinci – Azərbaycan Qran-Prisindən sonra pilotların siyahısına Bakıdakı yürüşün qalibi olan “Red Bull Racing” komandasının niderlandlı sürücüsü Maks Ferstappen başçılıq edir. O, Bakıda qalib gəlməklə xal ehtiyatını 150-yə çatdırıb. Ferstappenin komanda yoldaşı Serxio Peres Bakıda ikinci yeri tutmaqla Azərbaycan Qran-Prisində mübarizəni başa çatdıra bilməyən Şarl Lekleri (“Ferrari”) qabaqlayıb – 129 xal. Bakıda aktivinə xal yazdıra bilməyək Ş.Lekler 116 xalla üçüncü pillədədir. Formula 1 Azərbaycan Qran-Prisində üçüncü yeri tutan britaniyalı Corc Rassel (“Mersedes”) 99 xalla dördüncüdür. “Ferrari”nin ispaniyalı pilotu Karlos Sayns isə Bakıdakı yarışla erkən vidalaşsa da, siyahıdakı mövqeyi dəyişməyib. O, 83 xalla beşincidir. Formula 1 Azərbaycan Qran-Prisinin ən yaxşı sürücüsü elan olunan Luis Hamilton isə 62 xalla altıncı sıradadır.

“Red Bull Racing” komandası pilotlarının Bakıda ilk iki yeri tutması sayəsində aktivinə 44 xal yazdıraraq Konstruktorlar kubokunda liderliyini daha da gücləndirib. Hazırda bu komandanın 279 xalı var. “Ferrari” Azərbaycan Qran-Prisində xal qazana bilməsi də ikinci sıradakı mövqeyini qoruyub - 199 xal. Bakıda 27 xal qazanan “Mercedes” komandası 161 xalla üçüncü pillədə yer alıb. Sonrakı yerlərdə “Maklaren” (65), “Alpine Reno” (47), “Alfa Romeo” (41), “Apfatauri” (27), “Haas Ferrari” (15), “Aston Martin” (15) və “Uilliyams” (3) komandaları qərarlaşıblar.

Formula 1 Azərbaycan Qran-Prisi çərçivəsində Bakıda Formula 2 yarışları da keçirilib. Bu yarışda hər biri iki pilotla təmsil olunan 11 komanda birincilik uğrunda mübarizə aparıb. İyunun 10-da keçirilmiş sərbəst yürüş “Hitech Grand Prix” komandasının estoniyalı pilotu Yuri Vipsin qələbəsi ilə başa çatıb. İlk üçlüyü “Carlin” komandasının üzvü Liam Louson və “Hitech Grand Prix” komandasının pilotu Markus Armstronq tamamlayıblar. Həmin gün keçirilmiş sıralama yürüşündə “Hitech Grand Prix” komandasının estoniyalı pilotu Yuri Vips qalib adını qazanıb. “Carlin” komandasının üzvü Liam Louson ikinci, “Prema Racing”in pilotu Dennis Hauqer üçüncü yeri tutublar. İyunun 11-də keçirilmiş Formula 2 üzrə sprint yürüşündə “ART Grand Prix” komandasının pilotu Frederik Vesti birinci, “Prema Racing”dən Cehan Daruvala ikinci, “Carlin” komandasının sürücüsü Liam Louson isə üçüncü olublar. İyunun 12-də isə Formula 2 üzrə 29 dövrədən ibarət əsas 29 “Prema Racing” komandasının pilotu Dennis Haugerin qələbəsi ilə başa çatıb. “Carlin” komandasının pilotu Logan Sargeant ikinci, “MP Motorsport”un sürücüsü Felipe Druqoviç üçüncü yeri tutublar. On dörd mərhələdən ibarət Formula 2 yarışına noyabrın 18-20-də Əbu-Dabidə yekun vurulacaq.

Qeyd edək ki, Azərbaycan Formula 1 yarışlarına altıncı dəfədir ev sahibliyi edir. Avropa Qran-Prisi adlandırılan ilk yarış 2016-cı ildə təşkil olunub. Bu yarışda “Mercedes” komandasının pilotu Niko Rosberq birinci olub. Növbəti ildən Azərbaycan Qran-Prisi adını alan yarışlarda Daniel Rikkardo (“Red Bull Racing” - 2017), Lusi Hamilton (“Mercedes” - 2018), Valtteri Bottas və Luis Hamilton (“Mercedes” - 2019), Serxio Peres (“Red Bull Racing” – 2021) qalib gəliblər. 2020-ci ildə Formula 1 Azərbaycan Qran-Prisi koronavirus pandemiyası səbəbindən keçirilməyib.

Dünya çempionatının Azərbaycan mərhələsində hər il müxtəlif pilotlar qalib gəlib. Builki Qran-Pridə də Maks Ferstappen Bakıda ilk qələbəsini qazanıb. Azərbaycan Qran-Prisinin nəticəsinin gözlənilməzliyi onu daha da möhtəşəm edir. Formula 1 mütəxəssisləri buna “Bakı sindromu” adı veriblər.

Formula 1 üzrə dünya çempionatının növbəti – doqquzuncu Qran-Prisi iyunun 17-19-da Kanadada keçiriləcək. Çempionata noyabrın 18-20-də Abu-Dabidə keçiriləcək 22-ci Qran-Pri ilə yekun vurulacaq.
Xəbər 519 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
08.10.2023 Ferstappen Formula 1 üzrə Qətər Qran-Prisinin qalibi olub
17.09.2023 Karlos Sayns Sinqapur Qran-Prisində Ferstappenin rekord qələbə seriyasını qırıb
03.09.2023 Ferstappen Formula 1-də ardıcıl ən çox qalibiyyət rekordu qazanıb
26.08.2023 Ferstappen Formula 1 üzrə Niderland Qran-Prisinin seçmə mərhələsinin qalibi olub
03.08.2023 Formula 1 Macarıstan Qran-Prisi daha beş il yarış təqvimində qalacaq
29.07.2023 Ferstappen Formula 1 Belçika Qran-Prisində sprint yarışının qalibi oldu
24.07.2023 Maks Verstapen Macarıstan Qran-Prisinin qalibi olub
14.07.2023 Fransa Qran-Prisi Mavi sahildə küçə yürüşü ilə yenidən keçirilə bilər
14.07.2023 Madriddə F1 Qran-Prisinin keçirilməsinə dair razılıq əldə olunub
13.07.2023 Ferstappen ilin ən yaxşı pilotu mükafatına layiq görülüb


  Arxiv
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • İrina Zaretska Karate 1 Premyer Liqa seriyası yarışında qızıl medal qazanıb
  • Azərbaycan cüdoçusu qızıl medal qazanıb
  • İrina Kindzerska Tokio Olimpiadasının yarımfinal mərhələsinə yüksəlib
  • Mariya Stadnik ardıcıl dördüncü Olimpiadada mükafatçılar sırasında yer alıb
  • Zöhrə Ağamirova Tokio olimpiadasında halqa ilə çıxışını təqdim edib
  • Azərbaycanın qrup hərəkətləri komandası toplarla çıxışı Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Rafiq Hüseynovun Tokio Olimpiadasında qələbə sevinci
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru