Azərbaycan Üzgüçülük Federasiyasının (AÜF) baş katibi Fərid Bənənyarlı Portuqaliyanın Lissabon şəhərində keçirilən Avropa Üzgüçülük Federasiyasının (LEN) fövqəladə iclasında iştirak edir.
iclasda LEN-nin yeni seçilmiş prezidenti Antonio Silvanın 100 günlük fəaliyyətinin hesabatı dinləniləcək. Bundan başqa, iclasda LEN-in gələcəkdə görüləcək işlər, digər yeniliklər və keçirilməsi nəzərdə tutulan yarışların təşkili məsələləri də müzakirə olunacaq.