“Espanyol” futbol klubu baş məşqçisi Visente Moreno ilə yollarını ayırıb.
Bu barədə La Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Qırx yeddi yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib. Moreno 2020-ci ilin avqustundan İspaniya təmsilçisini çalışdırıb.
Qeyd edək ki, “Espanyol” Morenonun rəhbərliyi altında bu mövsüm La Liqada çıxdığı 36 oyunda 10 qələbə qazanıb, 16 dəfə məğlub olub və 10 dəfə heç-heçə edib. Komanda turnir cədvəlində 40 xalla 13-cüdür.