Həndbol üzrə respublika çempionatında ikinci turun oyunları keçirilib.
Qadınlardan ibarət komandalar iki, kişi həndbolçular isə üç dəfə meydana çıxmaqla ümumilikdə beş oyun keçiriblər.
Turun birinci görüşündə “Təhsil” komandası ilə üz-üzə gələn “Bakı” klubu 33:29 hesabı ilə qələbə qazanıb. Digər qarşılaşmalarda “Azəryol” komandası “Qarabağ”ı 32:22, U-18 İdman Akademiyası komandası isə “Gənclər Birliyi”ni 43:18 hesabı ilə məğlub edib. “Azərsu” ilə “İdman Akademiyası” arasında keçirilmiş oyunda isə heç-heçə qeydə alınıb - 24:24. Çempionatın gərgin keçən sonuncu matçında U-16 komandası “Məhsul”a 33:29 hesabı ilə qalib gəlib.
Ölkə çempionatının iştirakçılarına toplar hədiyyə olunub.
Üçüncü tur çərçivəsində kişilərin yarışında “Bakı” - U-16, “Məhsul” – U18 İdman Akademiyası, “Təhsil” – “Gənclər Birliyi” qarşılaşmaları keçiriləcək.