Martın 12-də Şağan Olimpiya İdman Kompleksində yeniyetmə, gənclər və böyüklər arasında muay-tay üzrə XIV Azərbaycan çempionatı start götürüb.
Gənclər və İdman Nazirliyinin, Azərbaycan Muay-tay Tayboks Federasiyasının təşkilatçılığı ilə keçirilən yarışa 350-dək idmançı qatılıb.
Turnirdə Bakı ilə yanaşı, regionlardan - Sumqayıt, Gəncə, Şəki, Göyçay, Şamaxı, Mingəçevir, Samux, Salyan, digər şəhər və rayonlardan idmançılar mübarizə aparırlar. Ölkə çempionatı üç gün davam edəcək.