On yeddi yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsinin ikinci raundunda bu gün növbəti oyununu keçirəcək.
Azsport.az AFFA-nın saytına istinadla xəbər verir ki, millimiz saat 15:00-da Albaniyada başlayacaq oyunda Şimali Makedoniyadan olan yaşıdları ilə qarşılaşacaq.
Oyunu litvali baş hakim Jurgita Macikunyte idarə edəcək.
Millimiz ilk oyununda Albaniya seçməsinə 0:1 hesabı ilə məğlub olub.