Pandemiyadan ən çox zərər çəkən idman oldu. Çünki idmançı itirdiyi formanı bərpa etməlidir. Digər sahələrdə isə bu belə deyil.
Bunu Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə AFFA-nın hesabat konfransında deyib.
AFFA-nın ötənilki fəaliyyətini yüksək qiymətləndirən Ç.Hüseynzadə bildirib: "Ötən il "Avro-2020"nin 4 matçının ölkəmizdə yüksək səviyyədə təşkili, "Qarabağ" klubunun avrokuboklarda irəliləməsi uğurun göstəricisidir. MOK və AFFA arasında sıx əməkdaşlıq mövcuddur. Belə ki, "Bakı-2017" dördüncü İslam Həmrəyliyi Oyunlarında Azərbaycanın futbol komandası birinci oldu. Bu ölkəmiz üçün vacib qələbə idi. Cari il Türkiyədə növbəti İslam Həmrəyliyi Oyunları keçiriləcək və yığmamıza uğurlar arzulayıram".