Mövsümün ikinci yarısının hazırlığını davam etdirən “Qəbələ” qış fasiləsində növbəti transferini gerçəkləşdirib.
“Qırmızı-qaralar” Azərbaycanın U-21 yığmasının futbolçusu Samet Karakoçla müqavilə imzalayıb.
İyirmi yaşlı müdafiəçinin sözləşməsi 2022-2023-cü il mövsümünün sonunadək nəzərdə tutulub.
Qeyd edək ki, son klubu “Bayrampaşa” olan Samet Karakoç 2020-ci ilin yayında əsas komandaya cəlb olunub. O, sol cinah müdafiəçisi olsa da, arxa xəttin mərkəzində də çıxış edir. Karakoç Azərbaycanın U-19 və U-21 yığmalarının formasını geyinib. “Qəbələ” daha əvvəl Patrik Robson de Souza Monteyronu heyətinə qatıb.