Ukraynanın “Kolos” klubunda noyabrın ən yaxşı futbolçusu adına namizədlər müəyyənləşib.
6 futbolçudan ibarət siyahıda millimizin üzvü Anatoli Nuriyev də yer alıb.
Azarkeşlər səsvermədə iştirak edərək qalibi müəyyənləşdirəcəklər.
Qeyd edək ki, A.Nuriyev Ukrayna Premyer Liqasında noyabrın 24-də sabiq klubu “Minay”a qarşı keçirilən 3-cü turun təxirə salınmış matçında (1:1) komandasının bərabərlik qolunu vurub.