Bu gün Sumqayıt Olimpiya İdman Kompleksində taekvondo üzrə yeniyetmələr arasında Azərbaycan birinciliyi start götürüb.
Yarışda 2008-2010-cu il təvəllüdlü idmançılar iştirak edirlər. Belə ki, turnirdə 372 taekvondoçu mübarizə aparır. Onlardan 281-i oğlan, 91-i isə qızdır.
Yarış koronavirus pandemiyası ilə əlaqədar müəyyən olunan karantin rejimi qaydalarına uyğun və bütün şərtlərə əməl edilməklə keçirilir.