Xəbərlər |
|
|
Digər xəbərlər |
|
Millətlər Liqası. C divizionu. “C” qrupu |
N: |
Komandalar |
O |
Q |
H |
M |
T/F |
X |
1 |
Belçika |
6 |
5 |
1 |
0 |
16-3 |
16 |
2 |
Avstriya |
7 |
5 |
1 |
1 |
15-7 |
16 |
3 |
İsveçrə |
5 |
2 |
0 |
3 |
11-8 |
6 |
4 |
Azərbaycan |
6 |
1 |
1 |
4 |
4-12 |
4 |
5 |
Estoniya |
6 |
0 |
1 |
5 |
2-18 |
1 |
|
Premyer Liqa. Turnir cədvəli |
N: |
Komandalar |
O |
Q |
H |
M |
T/F |
X |
1 |
Qarabağ |
27 |
21 |
3 |
3 |
71-23 |
66 |
2 |
Sabah |
27 |
11 |
7 |
9 |
39-32 |
40 |
3 |
Neftçi |
27 |
11 |
7 |
9 |
34-29 |
40 |
4 |
Zirə |
27 |
10 |
9 |
8 |
21-18 |
39 |
5 |
Sumqayıt |
27 |
10 |
9 |
8 |
26-32 |
39 |
6 |
Səbail |
27 |
10 |
7 |
10 |
39-41 |
37 |
7 |
Turan Tovuz |
27 |
9 |
8 |
10 |
41-38 |
35 |
8 |
Araz-Naxçıvan |
27 |
8 |
8 |
11 |
27-36 |
32 |
9 |
Kəpəz |
27 |
7 |
6 |
14 |
29-47 |
27 |
10 |
Qəbələ |
27 |
4 |
4 |
19 |
20-51 |
16 |
|
|
|
Azərbaycanın yeniyetmə qılıncoynadanları Bolqarıstanda keçirilən turnirdə çıxışlarını başa vurublar |
|
Tarix: 30.11.2021 | Saat: 09:14:00 | E-mail | Çapa göndər
|
|
Azərbaycanın yeniyetmə qılıncoynadanları Bolqarıstanın paytaxtı Sofiyada “Cadet Circuit” çərçivəsində keçirilən turnirdə çıxışlarını başa vurublar.
17 yaşadək oğlan sablyaçıların şəxsi yarışında qrup mərhələsində üç qələbə qazanan Ayxan Xasıyev 64-lüyə yüksəlmək uğrunda keçirilən görüşdə macarıstanlı rəqibinə 7:15 hesabı ilə uduzub.
Qrupda bir qələbəsi olan Abbas Hüseynov və Nurlan Zeynallı isə pley-offda müvafiq olaraq macarıstanlı və britaniyalı rəqiblərinə 10:15 hesabı ilə məğlub olublar.
Oğlan sablyaçıların komanda yarışında təmsilçilərimiz Böyük Britaniya seçməsinə 31:45 hesabı ilə uduzublar.
On yeddi yaşadək qız sablyaçıların şəxsi yarışında qrup mərhələsində 4 qələbəsi olan Zərifə Hüseynova 64-lüyə yüksəlmək uğrunda keçirilən görüşdə rumıniyalı rəqibinə 15:10 hesabı ilə qalib gəlsə də, növbəti mərhələdə ABŞ təmsilçisinə 13:15 hesabı ilə uduzub.
Qrup mərhələsində 2 qələbə qazanan Fidan Quliyeva ilk pley-off görüşündə macarıstanlı rəqibinə 15:12 hesabı ilə qalib gəlib. F.Quliyeva 64-lüyə yüksəlmək uğrunda keçirilən görüşdə ABŞ idmançısına 5:15 hesabı ilə məğlub olub. Qrup mərhələsini qələbəsiz başa vuran Əminə Rzaquluzadə pley-offa adlaya bilməyib.
Qız sablyaçıların komanda yarışında Yunanıstanı seçməsi yığmamıza qalib gəlib – 45:39.
Abbas Hüseynov Sofiyada keçirilən 15 yaşadək sablyaçılar arasında beynəlxalq turnirdə də qüvvəsini sınayıb. Qrup mərhələsini 3 qələbə ilə başa vuran A.Hüseynov pley-offda keçirdiyi ilk görüşdə Bolqarıstan təmsilçisini 15:7 hesabı ilə məğlub etsə də, növbəti görüşdə rumıniyalı rəqibinə 6:15 hesabı ilə uduzub. Əminə Rzaquluzadə isə qrup mərhələsini 2 qələbə ilə bitirib. Pley-off mərhələsində keçirdiyi ilk görüşdə qılıncoynadanımız rumıniyalı rəqibinə 4:15 hesabı ilə məğlub olub.
|
|
|
|
Xəbər 606 dəfə oxundu
|
Bölməyə aid digər xəbərlər |
|
|
|
|
|