Ana səhifə  |  Haqqımızda  Əlaqə
Çər. axşamı, 7 yanvar 2025, 12:51:29  
 
  

                        
logo-veb
 Xəbərlər
24/12 | 09:10 Taekvondo üzrə ölkə birinciliyi və Azərbaycan çempionatı keçiriləcək
23/12 | 21:13 Cüdonun kata növü üzrə ölkə çempionatı və birinciliyi keçirilib
22/12 | 18:26 Azərbaycanda ilk dəfə tam məsafəyə marafon yarışı keçirilib
22/12 | 10:59 Azərbaycan cüdoçusu Çempionlar Liqasında bürünc medal qazanıb
21/12 | 14:31 Xankəndidə 50 ildən sonra badminton üzrə ölkə çempionatı keçirilib
20/12 | 18:50 Karate üslubu üzrə ölkə birinciliyi və çempionatına yekun vurulub
20/12 | 16:34 Boks üzrə Azərbaycan çempionatının qalibləri müəyyənləşib
20/12 | 16:34 Boks üzrə Azərbaycan çempionatının qalibləri müəyyənləşib
02/12 | 09:15 Cüdo üzrə Azərbaycan çempionatının komanda yarışlarına yekun vurulub
01/12 | 16:16 "Gəncə" basketbol komandası növbəti qələbəsini qazanıb
01/12 | 09:55 Cüdo üzrə Azərbaycan çempionatında fərdi yarışların qalibləri müəyyənləşib
30/11 | 22:31 Azərbaycanlı idmançı beynəlxalq fiqurlu konkisürmə yarışında qızıl medal qazanıb
29/11 | 22:48 Azərbaycan güləşçisi Qazaxıstanda keçirilən turnirdə qızıl medal qazanıb
29/11 | 15:47 Cüdo üzrə Azərbaycan çempionatının açılış mərasimi keçirilib
27/11 | 19:50 Azərbaycan idmançıları Özbəkistanda 3 qızıl medal qazanıblar
27/11 | 11:18 Fərid Qayıbov məşqçilik ixtisası üzrə ingilis dilində təhsil alan tələbələrlə görüşüb
27/11 | 10:59 İdman gimnastikası üzrə Azərbaycan çempionatı başa çatıb
26/11 | 11:42 Azərbaycanlı hakim Bosniya və Herseqovinada ən yaxşı seçilib
25/11 | 23:04 Azərbaycan taekvondoçuları Bosniya və Herseqovinada daha iki medal qazanıblar
25/11 | 22:58 Azərbaycan idmançıları Dünya Kubokunda iki bürünc medal əldə ediblər
25/11 | 13:27 Azərbaycan atıcısı Serbiyada uğura imza atıb
25/11 | 13:16 Azərbaycan badmintonçuları Botsvanada 6 medal qazanıblar
25/11 | 10:44 Azərbaycan taekvondoçuları Bosniya və Herseqovinada iki medal qazanıblar
24/11 | 22:11 Azərbaycan karateçiləri Avropa Kubokunda 1 qızıl və 1 gümüş medal qazanıblar
24/11 | 14:09 Azərbaycan cüdoçuları Avropa Kubokunda 4 medal qazanıb
24/11 | 12:25 Azərbaycan idmançıları Türkiyədə 12 medal qazanıblar
23/11 | 12:52 Azərbaycanın güllə atıcıları Serbiyadakı turniri beş medalla başa vurublar
23/11 | 09:28 Azərbaycanın güllə atıcısı Serbiyadakı Qran-pridə bürünc medal qazanıb
22/11 | 09:37 Qubada müxtəlif idman növləri üzrə təlimlər keçirilib
21/11 | 10:22 Azərbaycan taekvondoçusu Avropa çempionatında üçüncü yeri tutub
20/11 | 22:49 Azərbaycanla Qazaxıstan arasında idman sahəsi üzrə əməkdaşlığın genişləndirilməsi müzakirə edilib
19/11 | 16:14 Fərid Qayıbov İslam Həmrəyliyi İdman Assosiasiyasının baş katibini qəbul edib
18/11 | 10:26 Azərbaycan badmintonçuları Zambiyada 3 qızıl, 2 gümüş və 2 bürünc medal qazanıblar
18/11 | 09:22 Azərbaycan şpaqaçısı Türkiyədə qızıl medal qazanıb
17/11 | 21:39 Əli Əsədov “Barselona” prezidenti ilə birgə layihələrin keçirilməsini müzakirə edib
Digər xəbərlər 
Birinci MDB Oyunlarında uğurla çıxış edən güləşçilərimiz Vətənə qayıdıblar
Tarix: 07.09.2021 | Saat: 11:54:00 | E-mail | Çapa göndər
Rusiyanın Kazan şəhərində keçirilən birinci MDB Oyunlarında güləşçilərimiz uğurlu çıxış ediblər. Yarışa 23 güləşçi ilə yollanan heyətin 16 üzvü medal qazanıb.

Yunan-Roma güləşi üzrə yarışda böyük məşqçi Nurəddin Rəcəbov və məşqçi Turac Hüseynlinin rəhbərliyi altında gənclərdən ibarət millinin 8 üzvü mübarizə aparıb və onlardan da 6-sı fəxri kürsüyə qalxdı. Nihad Quluzadə (55 kq), Həsrət Cəfərov (67 kq) və Sərxan Məmmədov (130 kq) çempion olublar. Qurban Qurbanov (72 kq) ikinci, Nihat Məmmədli (60 kq) ilə Laçın Vəliyev (87 kq) isə üçüncü yeri tutublar.

Məşqçi Rövşən Umudovun rəhbərliyi altında 5 qadın güləşçimiz Kazanda xalça üzərinə çıxıb. Onlardan 3-ü medalçılar sırasında yer alıb. Uzun fasilədən sonra beynəlxalq yarışa qatılan Şəhanə Nəzərova (50 kq) geridönüşünü gümüş medalla qeyd edib. Tatyana Varansovay (53 kq) və Birgül Soltanova (65 kq) isə bürünc medal qazanıblar.

Ölkəmiz sərbəst güləş üzrə yarışda tam heyətlə - 10 idmançı ilə təmsil olunub. Böyük məşqçi Zəlimxan Hüseynov və məşqçi Arif Abdullayevin rəhbərliyi altında çıxış edən yığmamızın 7 üzvü ilk “3-lük”də yer alıb. Əşrəf Aşırov (79 kq), Abubakr Abakarov (86 kq) və Osman Nurməhəmmədov (92 kq) qızıl, İslam İlyasov (97 kq), Aydın Əhmədov (125 kq) gümüş, Əliabbas Rzazadə (57 kq) və Sabir Cəfərov (65 kq) isə bürünc medal əldə ediblər.

Kazanda ümumilikdə 6 qızıl, 4 gümüş və 6 bürünc medal qazanan güləşçilərimiz sentyabrın 7-də Vətənə qayıdıb. Heydər Əliyev Beynəlxalq Aeroportunda komandalarımızın qarşılanma mərasimi keçirilib.

Sərbəst güləş üzrə millimizin baş məşqçisi Namiq Abdullayev güləşçilərimizin çıxışı və gələcək perspektiv haqqında bunları deyib: “MDB Oyunlarında 16 medal qazandıq. Bu, böyük uğurdur. Hər zaman qeyd olunur ki, gənclərimiz yetişməlidir, böyüklərdən ibarət yığma komandalara gənclər cəlb olunmalıdır. Bu il gənclər arasında keçirilən dünya və Avropa çempionatında hər 3 güləş növü üzrə millimiz medallar qazanıb, uğurlu çıxış edib. MDB Oyunlarında 20 və 23 yaşadək gənclərimiz yenə sözlərini dedilər və 16 dəfə bayrağımızı yüksəltdilər. Oktyabrda Norveçin Oslo şəhərində keçiriləcək dünya çempionatının hazırlıqlarına gənc güləşçilərimiz də cəlb ediləcək. Heyətin 70-80 faizi gənclərdən ibarət olacaq. Hacı Əliyev gözündəki, Şərif Şərifov isə çiynindəki zədəyə görə dünya çempionatında iştirak edə bilməyəcək. Onların çəkisində də gənclərə şans veriləcək. Paris Olimpiadasına az vaxt qalıb. İnanırıq ki, bu gənclər növbəti Olimpiya Oyunlarında öz sözlərini deyəcəklər. Milli Olimpiya Komitəsinə, Gənclər və İdman Nazirliyinə və Azərbaycan Güləş Federasiyasına təşəkkürümü bildirirəm ki, idmançılarımız üçün lazım olan şəraiti yaradır və onlar da beynəlxalq arenalarda ümidləri doğruldur”.


Xəbər 615 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
14.09.2021 Azərbaycan idmançıları Kazandan 60 medalla qayıtdılar
13.09.2021 Azərbaycan Muay-tay Federasiyasının ofisində birinci MDB Oyunlarının iştirakçıları ilə görüş olub
11.09.2021 MDB Oyunları: Azərbaycan 60 medalla 4-cü yeri tutub
11.09.2021 MDB Oyunları: Azərbaycan badmintonçuları 1 qızıl, 3 gümüş, 1 bürünc medal qazanıb
11.09.2021 MDB Oyunları: Azərbaycan karateçiləri yarışı 9 medalla başa vurub
11.09.2021 MDB Oyunları: Azərbaycan badmintonçuları bürünc medal qazanıb
10.09.2021 Azərbaycanın cüdo üzrə milli komandası birinci MDB Oyunlarında gümüş medal qazanıb
10.09.2021 MDB Oyunları: Azərbaycan badmintonçuları yarımfinala yüksəlib
10.09.2021 MDB Oyunları: Azərbaycanın dörd karateçisi finala yüksəlib
10.09.2021 Futzal üzrə Azərbaycan millisi birinci MDB Oyunlarında beşinci olub


  Arxiv
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru