“Çelsi” futbol klubunun rəhbərliyi komandanın baş məşqçisi Tomas Tuxel ilə müqaviləni yeniləyib.
Baş məşqçi ilə müqavilə 2024-cü ilə qədər uzadılıb.
Qeyd edək ki, almaniyalı mütəxəssis bu ilin yanvarında baş məşqçi vəzifəsində Frank Lampardı əvəzləyib. Komanda onun rəhbərliyi ilə UEFA Çempionlar Liqasının 2020-2021-ci il mövsümünün final matçında “Mançester Siti” komandasını 1:0 hesabı ilə məğlub edərək bu turnirin qalibi adını qazanıb.