Azərbaycan Milli Paralimpiya Komitəsinin pauerliftinq üzrə milli komandasının üzvü Nurlan Babacanov (97 kq) Tbilisidə keçirilən ağır atletika üzrə dünya kuboku turnirində bürünc medala sahib olub.
“Tokio-2020” Yay Paralimpiya Oyunlarında iştirak üçün reytinq xalları qazandıran turnirdə idmançımız 190 kiloqram nəticə göstərib.