Azərbaycan qılıncoynadanı Rusiyada keçirilən turnirdə gümüş medala sahib olub.
Sablya üzrə qadınlardan ibarət milli komandamızın üzvləri Anna Başta, Səbinə Kərimova və Sevil Bünyatova Sankt-Peterburqda keçirilən Ümumrusiya açıq turnirində iştirak ediblər.
Qrup mərhələsini dörd qələbə ilə başa vuran Anna Başta pley-offda da uğurlu çıxışı ilə yadda qalıb. Rusiyanın güclü sablyaçılarının yarışdıqları turnirdə A.Başta finalda Olqa Nikitinaya 6:15 hesabı ilə uduzaraq turnirin gümüş medalına layiq görülüb. Qrup mərhələsini uğurla adlayan Səbinə Kərimova və Sevil Bünyatova isə mübarizəni pley-offda dayandırıb.