Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin rəsmi orqanı
  Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
17/10 | 13:53 Gürcüstanda Azərbaycanın Müstəqilliyinin Bərpası Gününə həsr edilmiş marafonun qalibləri müəyyənləşib
17/10 | 11:30 Gürcüstanda Azərbaycanın Müstəqilliyinin Bərpası Gününə həsr olunan marafon keçirilir
17/10 | 10:00 Nazir “Böyük dəbilqə” turnirinin qalibini təbrik edib
17/10 | 09:51 Azərbaycan komandası “Böyük dəbilqə” turnirində ikinci pillədə yer alıb
16/10 | 22:06 Azad Rəhimovun xatirə turnirinin qalibləri məlum olub
16/10 | 21:51 “Böyük dəbilqə”: Komandamız daha bir medal qazanıb
16/10 | 21:13 Azərbaycan Premyer Liqası: “Səbail” - “Keşlə” və “Qəbələ” – “Zirə” oyunlarına hakim təyinatları açıqlanıb
16/10 | 20:37 Balabəy Ağayev “Böyük dəbilqə” turnirinin qızıl medalını qazanıb
16/10 | 19:20 Cüdoçularımız Avropa kuboku yarışlarının birinci gününü mükafatsız başa vurublar
16/10 | 19:05 Azərbaycan millisinin Monteneqro və Malta yığmaları ilə oyunlar üçün heyəti açıqlanıb
16/10 | 18:11 Azərbaycan Premyer Liqasının VII turuna start verilib
16/10 | 17:30 Cüdoçumuz “Böyük dəbilqə” turnirində bürünc medal uğrunda mübarizə aparacaq
16/10 | 16:00 “Pekin-2022” zamanı COVID-19 testi müsbət olan iştirakçılar xəstəxanaya yerləşdiriləcəklər
16/10 | 15:33 “Böyük dəbilqə”: Cüdoçumuz Balabəy Ağayev yarımfinala yüksəlib
16/10 | 14:52 Formula 1 üzrə yeddiqat dünya çempionu Luis Hamilton 105 yaşlı pərəstişkarı ilə görüşüb
16/10 | 13:00 Paralimpiya çempionu Dürsədəf Kərimova məktəblilərlə görüşüb
16/10 | 12:32 Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında VII tura start veriləcək
16/10 | 12:10 Şahmatçılarımız Avropa çempionatına qələbə ilə start veriblər
16/10 | 11:22 Bu gün cüdoçularımız Avropa kuboku yarışlarında mübarizəyə başlayırlar
16/10 | 10:00 Formula 1 Azərbaycan Qran-Prisinin vaxtı müəyyənləşib
15/10 | 18:40 AMADA idmançılara dəstək məqsədi onlayn müraciət platformasını istifadəyə verib
15/10 | 18:00 Badmintonçumuz “YONEX Dutch Open 2021”də növbəti görüşünü keçirəcək
15/10 | 17:51 Sabah cüdo üzrə Avropa kuboku yarışı start götürəcək
15/10 | 16:48 Fərid Abbasov: Ümid edirəm ki, təmsilçilərimiz Avropa çempionatını uğurla başa vuracaqlar
15/10 | 15:55 Super Liqa: Teymur Rəcəbovun yer aldığı “Ruthless Rooks” komandası liderlər qrupunda mübarizə aparır
15/10 | 15:37 "Formula 1": Çin Qran-prisi ardıcıl üçüncü dəfə ləğv olunur
15/10 | 14:51 Azərbaycan şahmatçıları onlayn Avropa çempionatında mübarizəyə başlayırlar
15/10 | 13:30 İtaliya klubunun futbolçusunda koronavirus aşkarlanıb
15/10 | 12:18 Beynəlxalq dərəcəli hakim Fikrət Axundov CEV kuboku yarışlarına təyinat alıb
15/10 | 11:50 Bu gün futzal üzrə Yüksək Liqanın üçüncü turunun oyunları keçiriləcək
15/10 | 11:13 Azərbaycan - Malta oyununun hakimləri müəyyənləşib
15/10 | 10:00 “YONEX Dutch Open 2021”: Badmintonçumuz səkkizdəbir finala vəsiqə qazanıb
15/10 | 09:51 "Qəbələ"nin futbolçusu beynəlxalq turnirin qalibi olub
14/10 | 19:41 Ronaldo: Mənim “Qızıl top”a namizədim Kərim Benzemadır
14/10 | 19:31 Parisdə “Böyük dəbilqə” turnirində Azərbaycanı 8 cüdoçu təmsil edəcək
Digər xəbərlər 
 Dünya kuboku-2022. Seçmə mərhələ. “A” qrupu
N: Komandalar O Q H M T/F X
1 Portuqaliya 3 2 1 0 6-3 7
2 Serbiya 3 2 1 0 7-5 7
3 Lüksemburq 2 1 0 1 2-3 3
4 İrlandiya 2 0 0 2 2-4 0
5 Azərbaycan 2 0 0 2 1-3 0
 Premyer Liqa. Turnir cədvəli
N: Komandalar O Q H M T/F X
1 Qarabağ 6 4 2 0 11-3 14
2 Neftçi 6 4 1 1 13-7 13
3 Qəbələ 6 3 2 1 11-5 11
4 Zirə 6 3 2 1 8-5 11
5 Sumqayıt 6 2 1 3 4-4 7
6 Səbail 6 2 0 4 4-13 6
7 Keşlə 6 1 1 4 4-10 4
8 Sabah 6 0 1 5 2-10 1
Azad Rəhimovun yolu...
Tarix: 04.05.2021 | Saat: 11:37:00 | E-mail | Çapa göndər
Qabil Mehdiyev | qabil-so@mail.ru

2006-cı ilin fevralı idi. Azad Rəhimov yenicə nazir təyin edilmişdi. Bu o demək idi ki, birlikdə çalışacaqdıq, mənim yeni rəhbərim olacaqdı. Buna görə də tanışlıq üçün qəbuluna getdim. Otağına daxil olanda məni girişdə qarşıladı, görüşdük. Yer göstərib, özü də əyləşəndən sonra özünəməxsus təbəssüm və səmimi bir tərzdə söhbətə başladı. Onunla ilk görüşümdə səmimiyyəti, pozitivliyi məndə yüksək təəssürat oyatdı.

Sonralar tədbirlərdə tez-tez görüşürdük. Sözü olanda birbaşa zəng edər, otağına çağırıb, tapşırıqlarını verərdi. Birlikdə uzun yola da çıxdıq, tədbirlərdə də iştirak etdik. Dəfələrlə şahidi olmuşam, beynəlxalq aləmdə tanınmış, nüfuzlu idman funksionerləri onunla necə səmimi görüşür, hörmətlə yanaşırdılar.

Azad Rəhimov çox vətənpərvər insan idi. Rio Olimpiadasında idmançılarımızın bir-birinin ardınca yarımfinala, finala yüksəlib, son anda qızıl medalı əldən vermələri onun çox məyus etmişdi və böyük həyəcanla Azərbaycanın himninin səslənməsini, bayrağını yüksəkdə dalğalanmasını gözləyirdi. Olimpiadanın sonuna yaxın, taekvondoçumuzun qızıl medal qazandığı anda bütün nümayəndə heyətinin diqqəti Azad müəllimə yönəldi. Gözləri dolmuşdu, sevincindən ağlayırdı.

Rəhbərlik etdiyi kollektivin hər bir üzvü onun üçün dogma və əziz idi. İdmançıların və gənclərin yaxın dostu, sevimlisi idi. Onların inkişafı üçün əlindən gələni edirdi.
7-8 il bundan əvvəl təşkilati işlərini mənə həvalə etdiyi dünya idman jurnalistlərinin Bakı konqresinin uğurla təşkilindən çox razı qalmışdı. Tədbirin sonuncu günü bağlanış mərasimində çıxış edərkən məni səhnəyə dəvət edib bütün xarici qonaqların qarşısında xüsusi təşəkkür etdi.

Bir neçə gün sonra isə məni yanına çağırıb həmişəki mehribanlıqla hal-əhval tutduqdan sonra "Sənin təşkilatçılıq bacarığını gördüm. Bu il babam Sadıq Rəhimovun 100 illiyidir, istəyirəm yubileyin təşkilati işləri ilə sən məşğul olasan", - dedi. Məmnuniyyətlə razılıq verdim və Azad müəllimin maliyyə vəsaiti ilə 2014-cü ildə Sadıq Rəhimovun, 2019-cu ildə isə Əhməd bəy Ağaoğlunun yubileylərini təşkil etdik. S.Rəhimov Azad müəllimin öz babası, Ə.Ağaoğlu isə anası Elmira xanımın babasının qardaşı idi. Hər iki şəxsiyyət Azərbaycan dövlətçilik tarixində mühüm iz buraxmış, vətənpərvər insanlar olublar. Belə bir soykökünə malik olan Azad Rəhimovun dövlətə sədaqəti, vətənpərvərliyi və humanistliyi təsadüfi deyildi.

Hələ sovet ideologiyasının hökm sürdüyü 60-cı illərdə erməni keşişi Qarabağ iddiasına görə söyüb otağından qovan - Sadıq Rəhimovun əsl davamçısı idi, Azad Rəhimov.

İdmanı, idmançıları sevirdi. Buna görə də idman ictimaiyyətinin rəğbətini qazanmışdı. Gənc ruhlu insan idi və gəncliyin sevimlisinə çevrilmişdi. Vəfatından sonra onun itkisini minlərlə insanın ağrı ilə qarşılaması, sosial şəbəkələrdə onunla bağlı kədərli notlara köklənmiş təəssürat və xatirələrin paylaşılması Azad müəllimin hər kəsin qəlbini fəth etdiyini göstərir.

"My way" (mənim yolum) ən sevdiyi və özünün də gözəl oxuduğu mahnı idi. Son günlər bu mahnı Azad Rəhimovun ifasında paylaşılır və dinlənilir. Mahnının sözlərinə diqqətlə qulaq asdıqda, həqiqətən də həmin sözlərin Azad Rəhimovun keçdiyi yolu ifadə etdiyini görmək olur. Deməli, Azad müəllimin bu mahnını bu qədər sevməsi və dəfələrlə ifa etməsi təsadüf ola bilməz. Öz həyatını bu mahnıda görüb, yaşayıb və həyatının mahnısını seçib, sevib.

"My way" mahnısında deyildiyi kimi:

- “Və indi, son yaxındır və beləliklə mən son pərdə ilə üzləşirəm, dostum, açıq deyirəm, vəziyyətimi açıqlayacam...

Həyatım taleyin zərbələrini ləyaqətlə aldığımın sübutudur. Bəli, hər şeyi öz yolumla etdim"


Bəli, Azad Rəhimov hər şeyi öz yolu ilə etdi! Uğurla, qürurla və şərəflə! Bu onun yolu idi. Gəldi, Vətənə, elinə, obasına sədaqəti, məhəbbəti ilə yaşadı, yaratdı.… Amma çox sevdiyi həyatı erkən tərk etdi.…

Son illər səhhətində problemlər var idi, lakin bunu hər kəs bilmirdi. Çünki, Azad Rəhimov öz problemini kiməsə danışan insan deyildi. O daha çox başqalarının problemlərini həll etmək üçün gəlmişdi bu dünyaya.

Möcüzə ola biləcəyinə inanmasaq da, aprelin son saatlarında gələn xəbər son ümidimizi öldürdü. İnanmaq çətindir, Azad Rəhimov kimi bir insan həyatda yoxdur.

Bütün işlərin öhdəsindən gələ bilən, bacarıqlı rəhbər, səriştəli təşkilatçı, vətənpərvər şəxsiyyət. Vəzifəsindən, kimliyindən asılı olmayaraq, hər kəsə hörmətlə yanaşan, gülərüz, səmimi, mehriban, pozitiv, müsbət aurası olan insan idi. Bir az da şən zarafatları var idi. Tabeliyində olanlara nazir, rəhbər olmaqdan çox dost-qardaş doğmalığı ilə davranan şəxsiyyət idi.

Axırıncı dəfə noyabrın 13-də görüşmüşdük. İş otağında çəkilişdən sonra sağollaşdıq və dedi ki, müayinəyə gedəcəyəm, nə sözün olsa zəng edərsən və ya mesaj yazarsan, cavab verərəm. Nə zaman qayıdacağı ilə bağlı sualıma isə dəqiq cavab deməsə də, tez qayıdacağını bildirdi. Amma...

Böyük və kövrək ürək sahibi Azad müəllim bundan sonra qəlbimizdə yaşayacaq.
İnanmaq istəmirəm, inana bilmirəm, inanmağım da gəlmir, doğrudanmı bizim Azad müəllim daha yoxdur? O İNSANI itirdik? Təəssüf, çox təəssüf! Onun haqqında keçmiş zamanda-danışmaq nə qədər ağır olsa da acı reallıq budur. Həyat qısa, dünya isə fanidir. Babası Sadıq Rəhimov da, atası Arif Rəhimov da qısa ömür yaşamışdılar. Azad müəllim də bu alın yazısını dəyişə bilmədi. Pozitiv, enerjili və həyat dolu bu böyük insan gedişi ilə onu tanıyan hər kəsi məyus etdi...

Qabil Mehdiyev
Əməkdar jurnalist


Xəbər 576 dəfə oxundu



 
Müəllifin son yazıları

20.04.2017 Mənim “İdman” sevgim
16.02.2016 AIPS-dən sağlam və ədalətli idmana çağırış
03.02.2015 Ermənilər Uruqvayı da biabır etməyi bacardılar
19.02.2014 Baku - The capital of AIPS’s 77th congress and 90th anniversary
13.08.2012 10 olimpiya medalı: “İdman ili”nə əsl hədiyyə
15.05.2012 İdman iliniz mübarək!
06.12.2011 Paris Disneylendinin “ağır günlər”i
15.06.2011 Jurnalistin qeyd dəftərçəsi bağlandı…


  Arxiv
Tarixləri seç: 
 dən 
Fotogalereya
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
Müəllif yazıları
Qabil Mehdiyev
qabil-so@mail.ru
Azad Rəhimovun yolu...
BATI YAR
batyyar@mail.ru
“Qarabağ" iki-üç cəbhədə mübarizəyə hazır kimi görünür
Leyla Qurbanova
leyla-6565@mail.ru
Bakı şəhər trasını seçməyin 5 səbəbi
Əli Fərəcov
alfaraj@mail.ru
Arzulara sədd yoxdur
Vüqar Məmmədov
vuqar-inqilaboqlu@mail.ru
7 gedişə dünya çempionunu təslim edən Şəhriyar
Səkinə Novruzqızı
miss.sekine@mail.ru
Azərbaycan idmançıları Kazandan 60 medalla qayıtdılar
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Mətbuat prospekti, 529-cu məhəllə, 8-ci mərtəbə
İndex: AZ 1073;
Tel: (+99412) 434-57-32, (+99412) 510-53-10
Fax: (+99412) 510-53-10
E-mail: idman-sport@mail.ru