Qadın güləşi üzrə yığmamız Bakıda məşqləri davam etdirir.
Olimpiya Güləş Mərkəzində təlim-məşq toplanışı keçən millimiz qarşıdan gələn dünya Olimpiya təsnifat turnirinə son hazırlıq prosesini həyata keçirir.
Komanda baş məşqçi Aslan Ağayev və məşqçi Rövşən Umudovun rəhbərliyi altında taktiki-texniki məşqlərdə iştirak edir. Fiziki hazırlıq üzrə məşqlər isə bu sahə üzrə mütəxəssis olan Mark Alan Filippinin nəzarəti altında keçirilir.
Qeyd edək ki, qadın güləşçilərimiz mayın 3-də Bolqarıstana yollanacaq. Sofiyada keçiriləcək lisenziya yarışında 53, 57, 62, 68 və 76 kiloqram çəki dərəcəsində çıxış edən güləşçilərimiz Olimpiya Oyunlarına vəsiqə qazanmağa çalışacaqlar. Qadın güləşçilər dünya Olimpiya təsnifat turnirində mayın 7-8-də mübarizə aparacaqlar.