Beynəlxalq Üzgüçülük Federasiyası Tokio Yay Olimpiya Oyunlarına təsnifat xarakteri daşıyan suya tullanma üzrə dünya kubokunu ləğv edib.
Turnir aprelin 18-23-də Tokioda keçirilməli idi. Turnir koronovirus səbəbindən ləğv edilib.
Xatırladaq ki, Tokio Olimpiadası 2020-ci il iyulun 24-dən avqustun 9-dək keçirilməli idi. Lakin koronavirus pandemiyasına görə yarışların vaxtı bir il sonraya dəyişdirilib və onun iyulun 23-dən avqustun 8-dək təşkili gözlənilir.