İyunun 9-dan 13-dək Bolqarıstanın Varna şəhərində bədii gimnastika üzrə 37-ci Avropa çempionatı keçiriləcək.
İlkin siyahıya əsasən, Azərbaycanı yarışda 14 idmançı təmsil edəcək. Böyüklər arasında 8, gənclər arasında 6 gimnast birincilik uğrunda mübarizə aparacaq.
Çempionatda 40 ölkədən 350-dən artıq gimnast iştirak edəcək.