“Qarabağ” klubu Azərbaycan Premyer Liqasının XVI turunda növbəti səfər heç-heçəsinə imza atıb. “Sumqayıt”la qolsuz bərabərlik Qurban Qurbanovun yetirmələrinin rəqib meydanındakı 6-cı sülhü olub. Bu, klub tarixinin rekordunun təkrarıdır.
Ağdam təmsilçisi 1992-ci ildən qatıldığı ölkə çempionatlarında heç vaxt 6-dan artıq səfər matçında heç-heçə etməyib. “Qarabağ” 1993-cü, 1993/1994-cü, 1999/2000-ci, 2009/2010-cu, 2011/2012-ci və 2012/2013-cü il mövsümlərində rəqib meydanından altı dəfə 1 xalla dönüb.
Qeyd edək ki, ağdamlılar cari mövsümdə daha 6 səfər oyununa çıxacaq. Bu görüşlərdə qeydə alınacaq bir heç-heçə mütləq rekordla nəticələnəcək.