Formula 1 komandası “Mercedes” pilotu Luis Hamiltonla müqaviləni yeniləyib.
Britaniyalı pilot 2021-ci il mövsümündə də Almaniya təmsilçisinin şərəfini qoruyacaq. Beləliklə, pilot ardıcıl 9-cu mövsümdə Almaniya komandasının uğurları üçün çalışacaq.
Qeyd edək ki, L.Hamilton “Mercedes”in heyətində 6 dəfə çempionluq sevinci yaşayıb. Bu, Formula 1 tarixində ən uğurlu əməkdaşlıq hesab olunur.