Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin rəsmi orqanı
  Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
10.01.2020 AİJF
www.sportsmedia.az
 Xəbərlər
25/02 | 22:13 Azərbaycan Premyer Liqası: “Qarabağ” komandası liderliyi ələ keçirib
25/02 | 21:04 “Everton” müdafiəçisi Lukas Din ilə müqavilənin müddətini uzadıb
25/02 | 20:16 Birləşmiş Ərəb Əmirliklərində çoxgünlük velomarafon davam edir
25/02 | 19:36 Səudiyyə Ərəbistanı Qran-Prisi Formula 1 təqvimində uzun müddət qalacaq
25/02 | 19:00 “Zirə” komandası “Neftçi”ni məğlub edib
25/02 | 18:51 Çində “Pekin-2022”nin sınaq yarışlarının keçirilməsinə başlanılıb
25/02 | 18:30 “İnter” klubunun rəsmiləri koronavirusa yoluxublar
25/02 | 17:42 Azərbaycan Premyer Liqası: “Qəbələ” öz meydanında “Sumqayıt”ı məğlub edib
25/02 | 16:58 UEFA rəsmisi: “Avro-2020” mütləq təşkil olunacaq
25/02 | 16:12 MEDİA Agentliyinin İcraçı direktoru ilə AİJF prezidentinin növbəti görüşü olub
25/02 | 15:58 Ağırlıqqaldırma Olimpiya Oyunlarının proqramından çıxarıla bilər
25/02 | 14:36 Azərbaycan güləşçiləri Kiyev turnirində iştirak edəcəklər
25/02 | 14:00 “Tokio-2020”nin məşəli estafeti yarımçıq dayandırıla bilər
25/02 | 13:45 Millimizin baş məşqçisi: Komandanın hazırlıq durumu əvvəlki oyunla müqayisədə indi daha yaxşıdır
25/02 | 13:19 Bu gün UEFA Avropa Liqasının onaltıdabir final mərhələsinə yekun vurulacaq
25/02 | 12:42 Brisben 2032-ci il Yay Olimpiya Oyunlarına ev sahibliyi edəcək əsas namizəd şəhər kimi təsdiqlənib
25/02 | 11:42 UEFA Çempionlar Liqası: Səkkizdəbir final mərhələsinin ən yaxşı futbolçusu adına namizədlər açıqlanıb
24/02 | 23:11 Boks üzrə Avropa Olimpiya Təsnifat Turnirinin tarixi dəqiqləşib
24/02 | 19:29 “Everton” klubu yeni stadion inşa etdirəcək
24/02 | 17:30 Amir Şojae: Hədəfimiz həm Bakıdakı, həm də səfərdəki oyunda qələbə qazanmaqdır
24/02 | 16:22 Roman Qrojan “İndyCar”da ilk test yarışlarında iştirak edib
24/02 | 15:00 Amir Şojae: Hədəfimiz həm Bakıdakı, həm də səfərdəki oyunda qələbə qazanmaqdır
24/02 | 14:29 UEFA əvəzetmə ilə bağlı qərar qəbul edib
24/02 | 13:30 BOK 2032-ci il Yay Olimpiya Oyunlarına ev sahibliyi edəcək əsas namizəd şəhəri müəyyənləşdirəcək
24/02 | 12:55 Azərbaycanlı hakim Çağırış kuboku yarışlarına təyinat alıb
24/02 | 12:30 UEFA iki turniri ləğv edib
24/02 | 12:25 PFL hava şəraiti ilə əlaqədar I Divizionun bir neçə oyununu təxirə salıb
24/02 | 10:44 Azərbaycan millisi Moldova yığmasına qalib gəlib
23/02 | 22:21 Azərbaycan güləşçisi Dünya Çimərlik Oyunlarının bürünc medalçısı elan olunub
23/02 | 20:03 “Real Madrid”in futbolçusu ilə 5 klub maraqlanır
23/02 | 19:51 Daşkənddə “Böyük dəbilqə” turnirində 13 cüdoçumuz iştirak edəcək
23/02 | 19:05 “Karabakh is Azerbaijan”: Şahmatçılar "Kalbajar Cup"da mübarizə aparacaqlar
23/02 | 18:34 “Universiada-2023”ə 12 min könüllünün qatılması planlaşdırılır
23/02 | 18:10 Anatoli Banişevskinin 75 illik yubileyi qeyd ediləcək
23/02 | 16:48 "Red Bull Racing" yeni mövsüm üçün bolidini təqdim edib
Digər xəbərlər 
 Topaz Premyer Liqası
N: Komandalar O Q H M T X
1 Neftçi 17 10 3 4 21-17 33
2 Qarabağ 17 9 6 2 39-13 33
3 Zirə 17 7 7 3 23-18 28
4 Sumqayıt 17 6 5 6 20-21 23
5 Qəbələ 17 5 6 6 16-23 21
6 Sabah 17 4 4 9 17-27 16
7 Səbail 17 3 6 8 16-26 15
8 Keşlə 17 4 3 10 17-24 15
Azərbaycan Milli Paralimpiya Komitəsində Vətən müharibəsi qaziləri ilə ilk görüş keçirilib
Tarix: 21.01.2021 | Saat: 23:00:00 | E-mail | Çapa göndər
Azərbaycan Milli Paralimpiya Komitəsinin (AMPK) və “Motivator Azerbaijan”ın birgə təşkilatçılığı ilə yeni layihəyə start verilib. Layihə çərçivəsində Vətən müharibəsinin qaziləri ilə ilk görüş keçirilib.

Layihənin məqsədi Vətən müharibəsi qazilərinin idmana cəlb edilməsi, gənclərimizin qarşılarına qoyduqları məqsədə doğru irəliləməsində, sağlamlıq problemlərinə və əlilliyə baxmayaraq ruhdan düşməmələri üçün dəstək olmaqdır.

Görüşdə komitənin baş katibi Kamal Məmmədov, “Motivator Azerbaijan” layihəsinin yaradıcısı Rüfət Həsənov, Gənclər və İdman Nazirliyinin idman şöbəsinin müdiri Fərid Mansurov, AMPK-nin vitse-prezidenti və ikiqat Paralimpiya çempionu İlham Zəkiyev, Azərbaycan Peşəkar Boks Federasiyasının vitse-prezidenti Fərhad Acalov iştirak ediblər.

Əvvəlcə, görüş iştirakçıları Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevə və rəşadətli Azərbaycan Ordusuna xalqımıza bəxş etdiyi Qələbə sevincinə görə təşəkkür ediblər. İştirakçılar Vətən müharibəsində qazanılan tarixi Qələbə münasibətilə qazilərimizi təbrik edib, rəşadətli ordumuzun torpaqlarımızın azadlığı uğrunda göstərdiyi şücaətin əsl qəhrəmanlıq olduğunu vurğulayıblar.

İ.Zəkiyev bildirib ki, müharibə zamanı əlil olan şəxslər bu günədək də AMPK-nın milli komandalarının tərkibində iştirak edib, ölkəmizi beynəlxalq arenada böyük uğurla təmsil edirlər. Onların sırasında güllə atıcılığı idman növü üzrə komandanın baş məşqçisi Əkbər Muradov, həmin komandanın üzvü Elşən Cəbiyev, kamandan oxatma üzrə milli komandanın baş məşqçisi İlqar Abbasov kimi Qarabağ müharibəsi qazilərimiz var.

Komitənin baş katibi K.Məmmədov deyib ki, sağlamlıq imkanları məhdud olan qazilərimiz Paralimpiya hərəkatına qoşularaq beynəlxalq arenada ölkəmizi təmsil edə bilərlər. O, yaxın gələcəkdə işğaldan azad edilmiş torpaqlarda, doğma Şuşamızda keçiriləcək mötəbər turnirlərdə qazilərimizin də iştirak edəcəyini və onların müharibə zamanı dalğalandırdığı şanlı bayrağımızı bir daha zirvələrə ucaldacaqlarına əmin olduğunu bildirib.

K.Məmmədov dövlətimizin başçısının tapşırığı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən şəhid ailələri və qazilərin sosial problemlərinin həll edilməsi üçün böyük işlər görüldüyünü və növbəti görüşlərdə nazirlik nümayəndəsinin dəvət olunacağını qeyd edib.

Gənclər və İdman Nazirliyinin idman şöbəsinin müdiri Fərid Mansurov qazilərimizin idmana cəlb edilməsi ilə bağlı aparılan işləri yüksək qiymətləndirib. Qeyd edib ki, AMPK 25 il ərzində böyük uğurlara imza atıb. Gənclər və İdman Nazirliyi hər zaman olduğu kimi, bu gün də AMPK-ya dəstək verməkdə davam edir.

Komitənin güllə atıcılığı üzrə idmançısı, Aprel döyüşlərinin qazisi Elşən Cəbiyev yaralandıqdan sonra Paralimpiya hərəkatına qoşularaq xidmətini idmançı kimi arenalarda davam etdirdiyini vurğulayıb. O, Vətən müharibəsi qazilərini də Paralimpiya hərəkatına fəal qoşulmağa çağırıb.

Azərbaycan dövlətinin şəhid ailələrinə və Vətən uğrunda sağlamlığını itirmiş şəxslərə göstərdiyi diqqət və qayğıya görə minnətdarlıqlarını bildirən qazilərimiz Qələbəyə Müzəffər Ali Baş Komandanın qətiyyəti, xalqımızın birliyi və həmrəyliyi sayəsində nail olunduğunu vurğulayıblar. Onlar Paralimpiya hərəkatına qoşularaq idman vasitəsilə ölkəmizi beynəlxalq arenalarda təmsil etməyə hazır olduqlarını bildiriblər.
Xəbər 33 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
15.02.2021 Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin əməkdaşları təltif edilib
15.02.2021 Dubay Qran-Prisində uğurla çıxış edən paralimpiyaçılarımız Vətənə qayıdıblar
12.02.2021 Uşaq Paralimpiya Hərəkatının “Valideyn Klubu” üçün təqdimat olub
09.02.2021 Azərbaycanın Paralimpiya hərəkatına qoşulmasından 25 il ötür
04.02.2021 Paralimpiyaçılarımız uzun fasilədən sonra beynəlxalq arenalara qayıdırlar
02.02.2021 Bakıda keçiriləcək paracüdo üzrə Qran-Prinin ilkin tarixi açıqlanıb
08.01.2021 Uşaq paralimpiya hərəkatının regionlarda inkişafına dair işlər davam etdirilir
22.12.2020 Yaponiyalı şagirdlərə Azərbaycanda Paralimpiya hərəkatının inkişafı ilə bağlı məlumat verilib
19.12.2020 Tokio Olimpiya və Paralimpiya Oyunlarına 15,4 milyard dollar sərf olunacaq
29.09.2020 Bakıda keçirilməsi nəzərdə tutulan paracüdo üzrə Qran-Pri turniri ləğv olunub


  Arxiv
Tarixləri seç: 
 dən 
Fotogalereya
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
Müəllif yazıları
Qabil Mehdiyev
qabil-so@mail.ru
Mənim “İdman” sevgim
BATI YAR
batyyar@mail.ru
Balaca topçunun həyatına qıyan böyük topçuları ali ədalət qamçısı cəzalandıracaq
Leyla Qurbanova
leyla-6565@mail.ru
Bakı şəhər trasını seçməyin 5 səbəbi
Əli Fərəcov
alfaraj@mail.ru
Arzulara sədd yoxdur
Vüqar Məmmədov
vuqar-inqilaboqlu@mail.ru
III Avropa Oyunları hansı yeniliklərlə gələcək?
Səkinə Novruzqızı
miss.sekine@mail.ru
İdmansız ilin möhtəşəm zəfəri
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Mətbuat prospekti, 529-cu məhəllə, 8-ci mərtəbə
İndex: AZ 1073;
Tel: (+99412) 434-57-32, (+99412) 510-53-10
Fax: (+99412) 510-53-10
E-mail: idman-sport@mail.ru