Bakının “Keşlə” futbol klubunun aparıcı oyunçularından biri Vüsal İsgəndərli komandasını dəyişə bilər.
Təcrübəli futbolçu “Sabah” klubunun maraq dairəsindədir. Hazırda o, danışıqları davam etdirir. Futbolçunun “Keşlə” ilə mövsümün sonunadək müqaviləsinin olması keçidi çətinləşdirə bilər. Ancaq hücumçunun özü də “Keşlə” ilə müqaviləni ləğv edib daha yaxşı maliyyə şərtləri təklif edən “Sabah”a keçmək niyyətindədir.