Bakının “Səbail” klubundan ayrılan Maykl Essyenin yeni klubu müəyyənləşib.
Qanalı yarımmüdafiəçi Danimarkanın “Norşellan” klubunda baş məşqçi Fleminq Pedersenin köməkçilərindən biri olacaq.
Otuz yeddi yaşlı futbolçunun oynayan-məşqçi olacağı açıqlanıb. Essyenlə birillik müqavilə imzalanıb.
Ulduz futbolçu “Bastiya”, “Lion”, “Çelsi”, “Real”, “Milan”, “Panatinaikos” kimi klublarda çıxış edib. O, 2019-cu ilin yanvarından 2020-ci ilin mayınadək “Səbail”də oynayıb.
|