“Səbail”dən ayrılan Maykl Essyenin yeni klubu müəyyənləşib
Bakının “Səbail” klubundan ayrılan Maykl Essyenin yeni klubu müəyyənləşib.

Qanalı yarımmüdafiəçi Danimarkanın “Norşellan” klubunda baş məşqçi Fleminq Pedersenin köməkçilərindən biri olacaq.

Otuz yeddi yaşlı futbolçunun oynayan-məşqçi olacağı açıqlanıb. Essyenlə birillik müqavilə imzalanıb.

Ulduz futbolçu “Bastiya”, “Lion”, “Çelsi”, “Real”, “Milan”, “Panatinaikos” kimi klublarda çıxış edib. O, 2019-cu ilin yanvarından 2020-ci ilin mayınadək “Səbail”də oynayıb.

Xəbər 592 dəfə oxundu.