“Biz Bakıya gəlib çatmaqla qalib gəldik. Çoxsaylı problemlərə baxmayaraq oyun yerinə çatmağımızın özü qələbədir”. İdman.com.az saytının məlumatına görə, bu sözləri Sloveniyanın “Mura” klubunun məşqçisi Damian Oşlay deyib.
Avropa Liqasının I təsnifat mərhələsində “Bakı”nın qonağı olan Murska-Sobta təmsilçisinin çalışdırıcısı 0:0 hesablı nəticədən razı qalıb: “Bakıya çox çətinliklə gəlib çatdıq. Lakin futbolçularımız meydana çıxıb əsl xarakter göstərdilər. Belə xarakterə dünyanın çox az komandası malikdir”.