Cənubi Amerikanın ən güclü klubu müəyyənləşib. İdman.com.az saytının məlumatına görə, Libertadores kubokunun finalının cavab oyununda sevinən Braziliyanın “Korintians” klubu olub.
“Sambaçılar” Argentinanın “Boka Xuniors” komandasını 2:0 hesabı ilə məğlub etməklə kuboku başı üzərinə qaldırıb. İlk oyun isə 1:1 hesabı ilə nəticələndiyindən braziliyalılar qalib adını qazanıb. Tarixində ilk dəfə kuboku əldə edən “Korintians” mükafatın ardıcıl 3-cü dəfə ölkəsinə getməsinin səbəbkarı olub. 2010-cu ildə “İnternasional”, ötən il isə “Santos” buna nail olmuşdu.
Lakin “Korintians”ın qələbəsi qalmaqalla nəticələnə bilərdi. Belə ki, hər 2 qolun müəllifi olan Emerson dişinin də gücünü göstərib. O, epizodların birində yerə yıxıldığı vaxt rəqib oyunçunun sol əlinin çeçələ barmağını dişləyib.