İtaliya yığmasının kapitanı Canluicci Buffon milli karyerasını bitirməyə tələsmir. İdman.com.az saytının məlumatına görə, “Yuventus”un 34 yaşlı qapıçısı yığmada çıxışını davam etdirəcəyini açıqlayıb. Buffon 2014-cü ildə keçiriləcək dünya çempionatına qədər millidə qalmaq fikrindədir: “Konfederasiyalar kubokunda görüşərik. Mən komandada qalıram və Braziliyadakı dünya çempionatına azarkeş kimi getmək istəmirəm”.
Qeyd edək ki, son Avropa çempionatının gümüş medalçısı, 2006-cı ildə dünya çempionatının qalibi olan Buffon 1997-ci ildən oynadığı yığmada 115 oyun keçirib.