Futbol üzrə Gürcüstan çempionatının səkkizinci turunda “Dinamo” (Batumi) ilə oyunun 10-cu dəqiqəsində zədələnən “Samtrediya”nın azərbaycanlı futbolçusu Nicat Qurbanovun vəziyyəti məlum olub.
Ağır zədəyə görə meydanı erkən tərk etməli olan yarımmüdafiəçi tibbi müayinədən keçib.
Futbolçunun əzələ problemi olduğu və azı iki həftə yaşıl meydanlardan kənarda qalacağı bəlli olub.