“Jalgiris” basketbol klubu ilə yollarını ayıran Şarunas Yasikyaviçyus bundan sonra karyerasını “Barselona”da davam etdirəcək. Litvalı mütəxəssis bu postda Svetislav Peşiçi əvəz edəcək.
İspaniya klubu məşqçi ilə üçillik müqavilə imzalayıb.
Ş.Yasikyaviçyus 2016-cı ildən “Jalgiris”də çalışırdı. Onun başçılığı altında kaunaslılar XXI əsrdə ilk dəfə Avroliqada “Dördlər finalı”nda oynamaq imkanı qazanıblar. Elə “Barselona” da Yasikyaviçyus üçün yad klub deyil. Belə ki, 2003-cü ildə litvalı oyun qurucusu bu klubda Avroliqanın qalibi olub.
Litva mətbuatı mütəxəssisin “Barselona”dakı məvacibini də müəyyənləşdirə bilib. O, qarşıdakı üç mövsüm ərzində ilə 3 milyon avro maaş alacaq. Halbuki onun xidmətində “Fənərbağça” da maraqlı idi. İstanbul klubu Yasikyaviçyusa 2 ilə 3,2 milyon avro məvacib təklif etmişdi.
Yasikyaviçyusun gedişindən sonra isə “Jalgiris”i onun köməkçisi Darius Maskolyunas çalışdıra bilər. Amma Yasikyaviçyus onu “Barselona”da köməkçisi kimi görmək istəyir.