Norveçli dünya çempionu Maqnus Karlsenin təşkilatçılığı ilə rapid üzrə keçirilən seriya turnirinin üçüncü mərhələsində — “Chessable Masters” yarışında yarımfinal oyunlarının sonuncu matçı keçiriləcək.
İyulun 2-də final uğrunda mübarizənin sonuncu matçının oyunlarında rusiyalı Yan Nepomnyaşi hollandiyalı Aniş Giri ilə mübarizə aparacaq. Bundan əvvəl keçirilmiş iki matçın nəticəsinə görə, rəqiblər arasında hesab 1:1 olub.
M.Karlsen çinli Liren Dinq üzərində qələbə qazanaraq finalda çıxış etmək hüququna sahib olub.
“Chessable Masters” turnirinin B qrupunda mübarizə aparan Azərbaycan şahmatçısı Teymur Rəcəbov yarışda iştirakını dayandırıb.