Maqnus Karlsen rapid üzrə keçirilən “Chessable Masters” yarışının finalına vəsiqə qazanıb.
İyulun 1-də keçirilən yarımfinalın ikinci matçında şahmatçı çinli Liren Dinq üzərində 2,5:0,5 hesablı qələbə qazanıb. Norveçli dünya çempionu iyunun 30-da keçirilmiş birinci matçın oyunlarında isə rəqibinə tay-brekdə 3,5:2,5 hesabla qalib gəlmişdi.
Yarımfinalın digər oyunlarında rusiyalı Yan Nepomnyaşi hollandiyalı Aniş Giri üzərində 2,5:1,5 hesablı qələbə qazanıb. Dünənki oyunlarda isə hollandiyalı zəka ustası rusiyalı şahmatçını 3:1 hesabla məğlub etmişdi. Nəticə 1:1 olduğundan rəqiblər həlledici – üçüncü matçda qarşılaşacaqlar.
“Chessable Masters” turnirinin B qrupunda mübarizə aparan Azərbaycan şahmatçısı Teymur Rəcəbov yarışda iştirakını dayandırıb.