“McLaren Group” konserni pandemiya səbəbindən yaranmış maliyyə problemini həll edib.
İngiltərə şirkətinin rəhbəri Zak Braun mətbuata açıqlamasında problemləri həll etdiklərini açıqlayıb.
Formula 1 üzrə dünya çempionatında çıxış edən “McLaren” komandasının aid olduğu konsern Bəhreyn Milli Bankından (BAB) 150 milyon funt məbləğində kredit alıb.
Qeyd edək ki, BAB-ın səhmlərinin 49 faizi “Mumtalakat Holding Company” Fonduna məxsusdur. Fond isə “McLaren Group”un səhmlərinin 56 faizinə sahibdir.