Almaniyanın “Leyptsiq” futbol klubunun hücumçusu Timo Vernerin İngiltərənin “Çelsi” komandasına transferi rəsmiləşib.
İngiltərə təmsilçisi 24 yaşlı hücumçu ilə 5 illik müqavilə imzalayıb. Cari mövsümün sonunadək “Leypsiq”də qalacaq hücumçu iyulda yeni klubuna qoşulacaq.
London klubu Verner üçün 47,5 milyon funt sterlinq ödəyib. Bunun 15 faizi Timonun 2016-cı ilədək oynadığı “Ştutqart”a çatacaq. Hücumçunun özü həftədə təxminən 170 min funt qazanacaq.
AZƏRTAC
Qeyd edək ki, almaniyalı hücumçu cari mövsümdə “Leyptsiq”in heyətində keçirdiyi 43 oyununda 32 qol vurub və 8 məhsuldar ötürmə edib.