Vüqar Həşimov Şahmat Akademiyasında birinci dərəcə turniri keçirilir.
Beş turun nəticəsinə görə Ayxan Rəhimli 4,5 xalla turnir cədvəlinin birinci pilləsində qərarlaşıb. Fərid Əliyev və Rəhim Qasımzadə 4 xalla ikinci və üçüncü yerləri tuturlar.
İsveçrə sistemi üzrə keçirilən şahmat yarışı 9 turdan ibarətdir.
Turnirə martın 1-də yekun vurulacaq.