Fevralın 16-da Azərbaycan şahmatçıları İranın Rəşt şəhərində keçirilən 18-ci “Caspian Cup” festivalında dördüncü turun oyunlarında iştirak ediblər.
Festivalın A (masters) turnirində mübarizə aparan şahmatçılarımızdan yalnız Vüqar Rəsulov maksimum xal toplayaraq liderlər qrupunda yer alıb. Digər şahmatçılarımız Misrəddin İsgəndərov və Azər Mirzəyev liderdən yarım xal geri qalırlar.
Fevralın 17-də beşinci turun oyunları keçiriləcək.
Doqquz turdan ibarət festival İsveçrə sistemi üzrə keçirilir.