Fevralın 15-də Azərbaycan şahmatçıları İranın Rəşt şəhərində keçirilən 18-ci “Caspian Cup” festivalında ikinci və üçüncü turların oyunlarında iştirak ediblər.
Festivalın A (masters) turnirində mübarizə aparan Misrəddin İsgəndərov, Vüqar Rəsulov və Azər Mirzəyev maksimum xal toplayaraq liderlər qrupunda yer alıblar.
Doqquz turdan ibarət festival İsveçrə sistemi üzrə keçirilir.