Yanvarın 14-də Hollandiyanın Veyk-an Zee şəhərində “Tata Steel Chess 2020” turnirinin dördüncü turunun oyunları keçiriləcək.
Turnirin B qrupunda mübarizə aparan təmsilçimiz Rauf Məmmədovun rəqibi ukraynalı Pavel Elyanov olacaq. Üç turun nəticəsinə görə təmsilçimizin aktivində 2 xal var. O, bu göstərici ilə liderlər qrupunda yer alıb.