13 yanvar tarixində fiqurlu konkisürmə idman növündə mübarizə aparan atletimiz sərbəst proqramda çıxış edib. Yekaterina Ryabova iki çıxışın cəmində 169,37 xal toplayaraq yekun nəticədə 8-ci yeri tutub.
Atletimizin uğurlu çıxışını Azərbaycanın İsveçrə Konfederasiyasında səfiri Xanım İbrahimova, MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə, baş katibin müavini Azər Əliyev və Qış İdman Növləri Federasiyasının vitse-prezidenti Rauf Xəlilov izləyib.
Xatırladaq ki, Azərbaycan bu yarışlara ilk dəfə qatılıb.