“Sumqayıt” futbol klubu Premyer Liqanın ikinci yarısı üçün hazırlıq tədbirlərinin ikinci mərhələsinə start verib.
Komandanın baş məşqçisi Ayxan Abbasovun planına əsasən, hazırlığın ilk hissəsi yanvarın 10-dək ölkə daxilində keçirilib.
İkinci mərhələ isə yanvarın 12-dən 26-dək Türkiyədə davam edəcək. Təlim-məşq toplanışı Antalyanın Lara bölgəsində keçiriləcək.
Hazırlıq zamanı "Sumqayıt" qonşu ölkədə 3 yoxlama oyunu da keçirəcək. Ayxan Abbasovun yetirmələri yanvarın 14-də Macarıstanın "Kaposvar", 17-də Rumıniyanın "Politexnika İaşi", 21-də isə Polşanın "Arka" klubları ilə qarşılaşacaq.