İngiltərə və İrlandiya Futbol federasiyaları 2030-cu ildə keçiriləcək dünya çempionatına ev sahibliyi etmək üçün namizədliklərini irəli sürmək istəyirlər.
İngiltərə və İrlandiya federasiyaları dünya çempionatına birgə ev sahibliyi etmək üçün FIFA-ya rəsmi müraciət edəcəklər.
Qeyd edək ki, indiyədək Portuqaliya və İspaniya, Kolumbiya, Ekvador və Peru mundiala birgə ev sahibliyi etmək istədiklərini açıqlayıblar.