“Keşlə” Futbol Akademiyasının 2 üzvü bu həftə əsas komanda ilə hazırlıqlarda iştirak ediblər.
Akademiyamızın U-10 komandasında oynayan Samir Həsənov və Həmid İsmayılov əsas komandanın bugünkü məşqində iştirak ediblər.
Yeniyetmə futbolçularımızın əsas komandanın məşqində iştirakının başlıca məqsədi Akademiya və A komandası arasındakı əlaqələrin daha da möhkəmlənməsidir.
Növbəti həftələrdə Akademiyamızda oynayan və özlərini yaxşı tərəfdən göstərən digər futbolçular da əsas komandanın məşqində iştirak edəcəklər.