Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin rəsmi orqanı
  Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
30.10.2018 AGIN
2019-cu ilin idman təqvimi
 Xəbərlər
03/07 | 13:03 On yeddi yaşlı futbolçu Ronaldonun rekordunu yeniləyib
03/07 | 12:42 “Sabah” klubu baş məşqçisi Jelko Sopiçlə yollarını ayırıb
03/07 | 12:01 Ralli üzrə dünya çempionatının bərpa olunacağı tarix açıqlanıb
03/07 | 11:26 “Mançester Siti” komandası “Liverpul”un qapısından dörd cavabsız top keçirib
03/07 | 10:00 “Chessable Masters” yarışında finalçıların adları müəyyənləşib
03/07 | 09:53 MBA-nın 9 basketbolçusunda koronavirus testləri müsbət nəticə verib
02/07 | 22:07 Serxio Ramos ən çox sarı vərəqə alan futbolçudur
02/07 | 20:30 Postpandemiya dövründə idmanda neqativ hallara qarşı mübarizə məqsədilə sənəd imzalanıb
02/07 | 19:20 MHL-də çıxış edən hokkeyçilər mövsümün bərpa edilməsinin əleyhinədir
02/07 | 18:47 AFFA yeni hakimləri təsdiq edib
02/07 | 17:44 “Chessable Masters”: Yan Nepomnyaşi finala vəsiqə uğrunda Aniş Giri ilə mübarizə aparacaq
02/07 | 16:55 Bu gün şahmat üzrə Qran-Pri turnirinin ikinci mərhələsinin dörddəbir final yarışları keçiriləcək
02/07 | 16:46 Formula 1 xidməti maşınlarını ictimaiyyətə təqdim edib
02/07 | 16:31 Misirli futbolçu Məhəmməd Salah doğma kəndində təcili tibbi yardım mərkəzi tikdirib
02/07 | 15:28 Paralimpiya çempionu İlham Zəkiyev: Koronavirusa qarşı mübarizədə həmrəylik nümayiş etdirməliyik
02/07 | 14:39 “Moselle Open” tennis turniri təxirə salınıb
02/07 | 13:52 Tokio Olimpiadasının təşkilat komitəsi Oyunlar barədə yekun qərarın təxirə salınmasını təklif edir
02/07 | 13:44 Sabah Avstriya Qran-Prisi ilə Formula 1 mövsümünə start verilir
02/07 | 12:53 “Qarabağ” klubu sabiq futbolçusu ilə müqavilə imzalayıb
02/07 | 12:16 Sosial məsafə qaydasının pozulması səbəbindən final matçı 14 dəqiqəlik dayandırılıb
02/07 | 11:49 2 iyul - Beynəlxalq İdman Jurnalistləri Günüdür
02/07 | 11:05 UEFA Çempionlar Liqasında 2020-2021-ci il mövsümünün təqvimi açıqlanıb
02/07 | 10:11 Şahmatçımız Günay Məmmədzadə çinli Hou Yifana məğlub olub
02/07 | 09:55 “Chessable Masters”: Maqnus Karlsen finala vəsiqə qazanıb
01/07 | 22:12 Futbol üzrə Çin çempionatının başlayacağı tarix müəyyənləşib
01/07 | 20:00 UEFA 55 assosiasiyaya maliyyə yardımı göstərəcək
01/07 | 19:55 Dünya Güləş Birliyinin Atletlər Komissiyasının ikinci onlayn konfransı keçirilib
01/07 | 19:38 “24 saat Le-Man” avtoyürüşündə tamaşaçıların iştirakına icazə veriləcək
01/07 | 18:25 FIFA-nın sabiq katibi 10 il müddətinə futboldan kənarlaşdırılıb
01/07 | 17:48 “Keşlə” Sezar Meza Kollini yenidən icarəyə götürmək istəyir
01/07 | 17:01 “Sabah” klubu daha bir futbolçusu ilə yollarını ayırıb
01/07 | 16:11 “Azərreyl” klubu daha bir oyunçusu ilə müqaviləni yeniləyib
01/07 | 16:01 Bu gün qadın şahmatçılar arasında Qran-Pri turnirinin ikinci mərhələsi start götürəcək
01/07 | 15:58 Azad Rəhimov yeniyetmə və gənclərlə onlayn görüşüb
01/07 | 14:54 Novak Cokoviç ikinci dəfə testdən keçməkdən imtina edib
Digər xəbərlər 
 Topaz Premyer Liqası
N: Komandalar O Q H M T X
1 Qarabağ 20 13 6 1 34-7 45
2 Neftçi 20 10 7 3 33-14 37
3 Keşlə 20 8 6 6 27-21 30
4 Sumqayıt 20 6 5 9 24-32 23
5 Zirə 20 6 6 9 25-37 23
6 Sabah 20 5 6 9 19-27 21
7 Səbail 20 5 5 10 16-30 20
8 Qəbələ 20 5 4 11 25-35 19
“Avro 2020” çempionatının rəsmi topu - “Uniforia” təqdim edilib
Tarix: 07.11.2019 | Saat: 16:22:00 | E-mail | Çapa göndər
“Adidas” firması 2020-ci ildə keçiriləcək futbol üzrə Avropa çempionatının rəsmi topunun adını açıqlayıb.

Çempionatın topu ingiliscə “birlik” (unity) və “eyforiya” (euphoria) sözlərinin əsasında “Uniforia” adlandırılıb.

Avropa çempionatının 60 illiyini qeyd etmək məqsədilə gələn yay keçiriləcək “Avro 2020”nin final mərhələsinin matçları qitənin 12 müxtəlif ölkəsində oynanılacaq. Turnirin məhz bu yeni formatı rəsmi oyun topunun tərtibatı üçün ilham mənbəyi olub.

“Uniforia”nın tərtibatı körpülərin kəsişməsi, hüdudların qarışması, həmçinin sənət və futbolun təkrarolunmaz qarışığı ilə turniri müşayiət edəcək müxtəliflik anlayışlarını əhatə edir. Bu elementlər 2018-ci ildə start götürmüş tərtibat prosesinin başlanğıc nöqtələri idi.

“Rəsmi topun tərtibatı zamanı biz həmişə mədəniyyəti - stadionda qürurla nümayiş etdirə biləcəyimiz küçə ruhunu əks etdirməyə çalışırıq”, – deyə “Adidas”ın məhsul dizayneri Anika Mari Kenno bildirib. O deyib ki, hazırda bizim bütün şəhərlərimizdə gördüyümüz əsas xüsusiyyət bir yerə toplaşmaq və dəyişiklik üçün birləşmək ehtiyacının mövcud olmasıdır. Dünyada əsas idman tədbirlərindən biri olaraq “Avro 2020” bu cür birliyin gücünü qürurla nümayiş etdirmək, eləcə də insanları, ideyaları və yaradıcılıqları birləşdirən bir qüvvə olaraq idmanı bayrama çevirmək üçün böyük bir imkandır.

Turnirin yeni transkontinental formatının əksi olan “Uniforia”nın tərtibatı topun üstündən qalın, qara fırçayla çəkilmiş hüdudların qarışmasını və sərhədlərin kəsişməsini göstərən xətlərdən ibarətdir. Turnirin müxtəlifliyini və fərqli mədəniyyətlərin bir araya gəlməsini göstərmək məqsədilə bu geniş ştrixlər parlaq və açıq rəngli qısa xətlərlə kəsişir.

“Bu yenilikçi tədbirdə “Adidas” futbolu və ümumilikdə idmanı dünyanı bir araya gətirə biləcək amil kimi qeyd edəcək”, – deyə “Adidas”ın brend marketinqi üzrə vitse-prezidenti Florian Alt bildirib.

İyunun 12-də Romada start götürəcək “Avro 2020” həyəcanı bir ay sonra Londondakı “Uembli” stadionunda keçiriləcək final oyunu ilə başa çatacaq. Çempionatın oyunları 12 şəhərində - Amsterdam, Bakı, Bilbao, Buxarest, Budapeşt, Kopenhagen, Dublin, Qlazqo, London, Münxen, Roma və Sankt-Peterburqda keçiriləcək. Qitə çempionatının qrup mərhələsinin üç, dörddəbir final mərhələsinin bir matçı Bakı Olimpiya Stadionunda oynanılacaq. İyunun 13-də, 17-də və 21-də A qrupunun üç qarşılaşması, iyulun 4-də isə dörddəbir final mərhələsinin bir matçı Bakıda keçiriləcək.
Xəbər 199 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
25.06.2020 Kiberfutbol üzrə açıq Bakı çempionatına qeydiyyat başlayıb
17.06.2020 Paralimpiyaçılara farmakoloji vasitələr və qida əlavələri təqdim olunub
13.06.2020 MotoGP yarışlarının yeni mövsümünün Avropa üzrə təqvimi açıqlanıb
01.06.2020 Sağlam böyüyün, uşaqlar!
30.05.2020 Con Terri Premyer Liqanın ən yaxşı müdafiəçisi seçilib
29.05.2020 Azər Həsənsoy “WBC Muay-tay” təşkilatının ölkəmizdəki nümayəndəsi seçilib
26.05.2020 Respublika Gününə həsr olunmuş onlayn şahmat turniri keçiriləcək
18.05.2020 Keniyada keçirilməsi nəzərdə tutulan Safari rallisi ləğv olunub
05.05.2020 NBA rəhbərliyi cari çempionatın taleyi ilə bağlı hələ də yekun qərara gələ bilmir
25.04.2020 Həbib Nurməhəmmədov növbəti döyüşünü sentyabrda keçirəcək


  Arxiv
Tarixləri seç: 
 dən 
Fotogalereya
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
Müəllif yazıları
Qabil Mehdiyev
qabil-so@mail.ru
Mənim “İdman” sevgim
BATI YAR
batyyar@mail.ru
Koronavirus hər şeyi məhv edir, yoxsa mehvərinə, özünə və məğzinə qaytarır
Leyla Qurbanova
leyla-6565@mail.ru
Bakı şəhər trasını seçməyin 5 səbəbi
Əli Fərəcov
alfaraj@mail.ru
Arzulara sədd yoxdur
Vüqar Məmmədov
vuqar-inqilaboqlu@mail.ru
Donmuş reytinqin ön sıraları haqqında fərqli düşüncələr
Aynurə Aşırova
aynure.penah-2015@mail.ru
Formula 1 maliyyə böhranından üzüağ çıxa biləcəkmi ?
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Mətbuat prospekti, 529-cu məhəllə, 8-ci mərtəbə
İndex: AZ 1073;
Tel: (+99412) 434-57-32, (+99412) 510-53-10
Fax: (+99412) 510-53-10
E-mail: idman-sport@mail.ru