Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin rəsmi orqanı
  Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
30.10.2018 AGIN
2019-cu ilin idman təqvimi
 Xəbərlər
07/07 | 19:29 Velosiped idmanının BMX növü üzrə dünya çempionatı ləğv edilib
07/07 | 18:04 “Real Madrid”in futbolçuları çempionluq mükafatından imtina ediblər
07/07 | 17:41 Azərbaycanda ilk dəfə keçirilən “PUBG Mobile” liqasının birinci dövrəsinə yekun vurulub
07/07 | 16:42 “Sauthempton”-“Mançester Siti” oyunu tarixə düşüb
07/07 | 16:01 Formula 1 pilotu ilə boks üzrə ikiqat dünya çempionu arasında dostluq görüşü keçiriləcək
07/07 | 15:21 BMT-nin Baş Assambleyası Olimpiya barışığı ilə bağlı qətnamə qəbul edib
07/07 | 14:48 Azərbaycan şahmatçısı Qran-Pri turnirinin üçüncü mərhələsində iştirak edəcək
07/07 | 14:13 Olimpiya rinqinin ilk azərbaycanlı hakimi
07/07 | 14:04 Formula 1 Vyetnam Qran-Prisi noyabrın sonunda təşkil oluna bilər
07/07 | 13:54 “Qarabağ”ın sabiq futbolçusu ABŞ klubu ilə müqaviləsini yeniləyib
07/07 | 13:23 “Reno” komandası Fernando Alonso ilə razılıq əldə edib
07/07 | 12:48 Bu il güləş üzrə dünya çempionatına Serbiya ev sahibliyi edəcək
07/07 | 11:13 Mario Mandzukiç Qətərin “Əl-Duhail” klubundan ayrılıb
07/07 | 10:07 Şose velosipedi üzrə Avropa çempionatı avqustun sonlarında Fransada keçiriləcək
07/07 | 09:51 Xorxe Masvidal “UFC-251” turnirində Kamaru Usmanla döyüşəcək
06/07 | 21:11 “Azərreyl” klubu yeni mövsüm üçün heyətini gücləndirməkdə davam edir
06/07 | 19:02 Yan Veselı “Fənərbağça”nı “Barselona”ya dəyişə bilər
06/07 | 18:31 Çempionlar Liqasında səkkizdəbir final mərhələsinin cavab oyunları Portuqaliyada keçirilməyəcək
06/07 | 17:57 Rostislav Pevtsov Ukraynada gümüş medal qazanıb
06/07 | 17:50 SSKA “Baskoniya”dan daha bir oyunçunu transfer etmək istəyir
06/07 | 16:26 “World Online Open” turnirində Eltac Səfərlini ilk üçlükdən yarım xal ayırır
06/07 | 14:48 “Mayami” klubunun daha bir oyunçusu koronavirusa yoluxub
06/07 | 13:03 “Araz” klubu 15-ci dəfə ölkə çempionu olub
06/07 | 12:29 Popoviç “Bruklin” klubunun baş məşqçisi ola bilər
06/07 | 11:28 Valtteri Bottas Formula 1 üzrə Avstriya Qran-Prisinin qalibi olub
06/07 | 11:08 "Liverpul" gənc yarımmüdafiəçisi ilə müqaviləni yeniləyib
06/07 | 10:10 Rusiyalı şahmatçı Qran-Pri turnirinin ikinci mərhələsinin qalibi olub
06/07 | 09:54 “Zenit” 6-cı dəfə Rusiya çempionu olub
05/07 | 22:40 İngiltərə Premyer Liqası: “Liverpul” “Aston Villa”dan güclü olub
05/07 | 18:23 “Real Madrid” səfərdə “Atletik Bilbao”nu məğlub edib
05/07 | 15:50 “World Online Open” turnirində şahmatçımız Eltac Səfərli çıxışını davam etdirir
05/07 | 13:26 Bu gün Avstriyada Formula -1 üzrə dünya çempionatının yeni mövsümünə start verilir
05/07 | 12:00 “UNI-Virtuosi”nin pilotu Kallum Aylott Formula 2-nin yeni mövsümünə qələbə ilə başlayıb
05/07 | 10:28 Maqnus Karlsen “Chessable Masters” şahmat turnirinin qalibi olub
05/07 | 09:54 Qadınlar arasında şahmat üzrə dünya kuboku yarışı 2021-ci ilə təxirə salınıb
Digər xəbərlər 
 Topaz Premyer Liqası
N: Komandalar O Q H M T X
1 Qarabağ 20 13 6 1 34-7 45
2 Neftçi 20 10 7 3 33-14 37
3 Keşlə 20 8 6 6 27-21 30
4 Sumqayıt 20 6 5 9 24-32 23
5 Zirə 20 6 6 9 25-37 23
6 Sabah 20 5 6 9 19-27 21
7 Səbail 20 5 5 10 16-30 20
8 Qəbələ 20 5 4 11 25-35 19
Azərbaycanda birinci budo festivalının açılışı olub
Tarix: 05.10.2019 | Saat: 18:33:00 | E-mail | Çapa göndər
Oktyabrın 5-də Yaponiya səfirliyinin təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin əməkdaşlığı ilə I Azərbaycan budo (yapon döyüş sənətləri) festivalının açılış mərasimi olub.

Fetivalın açılışında Ekologiya naziri, Azərbaycan ilə Yaponiya arasında iqtisadi əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri Muxtar Babayev, Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə və digər şəxslər iştirak ediblər.

Mərasimdə əvvəlcə Azərbaycanın və Yaponiyanın dövlət himnləri səsləndirilib.

Açılış mərasimində çıxış edən Yaponiyanın ölkəmizdəki səfiri Teruyuki Katori Azərbaycanda birinci budo festivalının keçirilməsindən məmnunluğunu bildirib. Ölkəmizdə budonun inkişaf etdiyini vurğulayan diplomat bildirib ki, bu, Azərbaycanda yapon döyüş sənətlərinə marağın xeyli artmasının nümunəsidir. “İdmançılarınız bu döyüş növləri üzrə beynəlxalq arenada dəfələrlə qalib gələrək Azərbaycanın bayrağını zirvələrə qaldırıblar. Bugünkü festivalda 90-a yaxın idmançı bu döyüş növləri üzrə nümunəvi çıxışlar yerinə yetirəcəklər. Gələn il Tokioda keçiriləcək 32-ci Yay Olimpiya Oyunlarında Azərbaycandan da xeyli idmançının iştirak edəcəyini gözləyirik. İnanıram ki, azərbaycanlı idmançılar Tokiodan medallarla qayıdacaqlar”.

Gənclər və İdman nazirinin müavini Fərhad Hacıyev festivalın əhəmiyyətini yüksək qiymətləndirib. Bildirib ki, festivalın Azərbaycanda ilk dəfə keçirilməsinə baxmayaraq, budo ölkəmizdə xeyli inkişaf edib. Ölkəmizdə idmanın inkişafına göstərilən yüksək diqqət və qayğı nəticəsində bu gün Azərbaycan dünyada idman dövləti kimi tanınır. Festivalın təşkilinin ənənə halının alacağına əminliyini ifadə edən nazir müavini diqqətə çatdırıb ki, Gənclər və İdman Nazirliyi bu idman tədbirinin keçirilməsinə bundan sonra da dəstək verməyə hazırdır.

Milli Məclisin gənclər və idman komitəsinin sədri, Azərbaycan Karate-do Federasiyaları Assosiasiyasının prezidenti Ülvi Quliyev festivalın təşkilinə görə minnətdarlığını bildirib. Dövlət başçısının diqqət və qayğısı sayəsində ölkəmizdə ən nüfuzlu beynəlxalq turnirlərin yüksək səviyyədə təşkil edildiyini vurğulayan Ü.Quliyev bu baxımdan I Avropa, IV İslam Həmrəyliyi oyunlarını, Formula 1 yarışlarını və s. qeyd edib. O, bu festivalın ölkəmizdə yapon döyüş sənətlərinin inkişafına və kütləviliyinin artırılmasına mühüm töhfə verəcəyini bildirib.

Çıxışlardan sonra səfir Teruyuki Katori Azərbaycanda yapon döyüş sənətlərinin inkişafındakı xidmətləri olan müvafiq federasiyaların prezidentlərinə diplomlar təqdim edib.
Bakı İdman Sarayında təşkil olunan festival yapon mədəniyyətini və döyüş sənətlərini təbliğ etmək məqsədi daşıyır. Festivalda ziyarətçilərə müxtəlif döyüş sənətləri ilə tanışlıq imkanı da yaradılıb. Burada yapon döyüş sənətinin altı növü - aikido, karate, kendo, cüdo, ciu-citsu və sumo təqdim olunur. Bununla yanaşı, festivalda digər ölkələrin müxtəlif döyüş sənətləri üzrə usta idmançılar çıxış edirlər.

Festivalda Yaponiyanın mədəniyyəti, mətbəxi, şirkətləri, idman federasiyaları və təşkilatları stendlər də nümayiş olunur.


Xəbər 200 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
25.06.2020 Kiberfutbol üzrə açıq Bakı çempionatına qeydiyyat başlayıb
17.06.2020 Paralimpiyaçılara farmakoloji vasitələr və qida əlavələri təqdim olunub
13.06.2020 MotoGP yarışlarının yeni mövsümünün Avropa üzrə təqvimi açıqlanıb
01.06.2020 Sağlam böyüyün, uşaqlar!
30.05.2020 Con Terri Premyer Liqanın ən yaxşı müdafiəçisi seçilib
29.05.2020 Azər Həsənsoy “WBC Muay-tay” təşkilatının ölkəmizdəki nümayəndəsi seçilib
26.05.2020 Respublika Gününə həsr olunmuş onlayn şahmat turniri keçiriləcək
18.05.2020 Keniyada keçirilməsi nəzərdə tutulan Safari rallisi ləğv olunub
05.05.2020 NBA rəhbərliyi cari çempionatın taleyi ilə bağlı hələ də yekun qərara gələ bilmir
25.04.2020 Həbib Nurməhəmmədov növbəti döyüşünü sentyabrda keçirəcək


  Arxiv
Tarixləri seç: 
 dən 
Fotogalereya
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
Müəllif yazıları
Qabil Mehdiyev
qabil-so@mail.ru
Mənim “İdman” sevgim
BATI YAR
batyyar@mail.ru
Koronavirus hər şeyi məhv edir, yoxsa mehvərinə, özünə və məğzinə qaytarır
Leyla Qurbanova
leyla-6565@mail.ru
Bakı şəhər trasını seçməyin 5 səbəbi
Əli Fərəcov
alfaraj@mail.ru
Arzulara sədd yoxdur
Vüqar Məmmədov
vuqar-inqilaboqlu@mail.ru
Donmuş reytinqin ön sıraları haqqında fərqli düşüncələr
Aynurə Aşırova
aynure.penah-2015@mail.ru
Formula 1 maliyyə böhranından üzüağ çıxa biləcəkmi ?
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Mətbuat prospekti, 529-cu məhəllə, 8-ci mərtəbə
İndex: AZ 1073;
Tel: (+99412) 434-57-32, (+99412) 510-53-10
Fax: (+99412) 510-53-10
E-mail: idman-sport@mail.ru