Xəbərlər |
|
|
Digər xəbərlər |
|
Premyer Liqa. Turnir cədvəli |
N: |
Komandalar |
O |
Q |
H |
M |
T/F |
X |
1 |
Qarabağ |
36 |
26 |
5 |
5 |
97-37 |
83 |
2 |
Zirə |
36 |
16 |
10 |
10 |
33-22 |
58 |
3 |
Sabah |
36 |
17 |
7 |
12 |
50-40 |
58 |
4 |
Sumqayıt |
36 |
15 |
12 |
9 |
37-38 |
57 |
5 |
Neftçi |
36 |
16 |
8 |
12 |
51-40 |
56 |
6 |
Turan Tovuz |
36 |
13 |
9 |
14 |
53-53 |
48 |
7 |
Səbail |
36 |
11 |
9 |
16 |
50-60 |
42 |
8 |
Araz-Naxçıvan |
36 |
9 |
9 |
18 |
31-50 |
36 |
9 |
Kəpəz |
36 |
9 |
8 |
19 |
39-67 |
35 |
10 |
Qəbələ |
36 |
7 |
5 |
24 |
30-64 |
26 |
|
|
|
Dalqlişi yola saldılar |
|
Tarix: 18.05.2012 | Saat: 18:47:00 | E-mail | Çapa göndər
|
|
«Liverpul» rəhbərliyi bir neçə gün öncə baş məşqçi Kenni Dalqlişə transfer xərcsiz şans verəcəyini bəyan etsə də, indi onunla yollarını ayırdığını bildirdi. İdman.com.az saytının məlumatına görə, klub rəhbərliyi çempionatda 8-ci yeri «Liverpul» üçün böyük uğursuzluq hesab etdi. 38 oyuna 14 qələbə və 52 xal heç də ondan gözlənilən nəticə deyildi. Elə 6-cı yeri tutan «Çelsi»dən məsafə 14 xal oldu. Prinsipial rəqib «Mançester Yunayted»lə 37 xallıq fərqdən heç danışmağa dəyməz.
Ancaq çempionatdakı uğursuzluğa baxmayaraq, Dalqliş kubok yarışlarında heç də pis nəticə vermədi. Liqa kubokunu qazandı, İngiltərə kubokunda isə finala yüksəldi.
Dalqliş futbolçu karyerasının da 13 ilini «Liverpul»a həsr etmiş, komandanın formasını 355 oyunda geyinmiş, 118 qol vurmuşdu. «Liverpul»un tarixində son çempionluğu da məşqçi Dalqlişin xidməti olub. Bu səbəbdən 2011-ci ildə onun dönüşü yüksək əhvalla qarşılanmışdı. O zaman Dalqliş İngiltərə yığmasının hazırkı sükançısı Roy Hocsonu əvəzləmişdi.
Dalqliş özü istefasını belə qarşılayıb: «Mənim üçün «Liverpul»a məşqçi kimi qayıtmaq böyük şərəf idi. Bizim birgə gördüyümüz işi yüksək dəyərləndirirəm. «Liverpul»a son 6 ildə ilk mükafatı qazandırdığıma görə də qürur duyuram. Əlbəttə, çempionatda yerimiz məni məyus etdi. Ancaq Liqa kubokunu heç nəyə dəyişməzdim. Çünki azarkeşlərimiz üçün yeni titulun nə dəyərdə olduğunu yaxşı bilirəm».
İndi Dalqlişin yerinə dərhal namizədlərin adları da mətbuata sızıb. Bu mövqeyə «Uiqan»dan Roberto Martinesin və «Liverpul»un keçmiş sükançısı Rafael Benitesin adları hallanır. Benites «Liverpul»a son dövrlərin ən böyük uğurunu – 2005-ci il Çempionlar Liqası zəfərini gətirmiş məşqçidi. Həmin il «Milan»la unudulmaz finalda qələbə əldə edilib. Lakin bundan sonra nəticələrdə sürətli eniş gəldi. O zaman Benites klubun amerikalı sahibləri Tom Hiks və Corc Jilletlə münaqişədən sonra vəzifəsini tərk etmişdi. İndi də o, 2010-cu ilin sonunda «İnter»dən qovulduqdan sonra işsiz qalıb.
Martines isə öz «Uiqan»ı ilə Premyer Liqada hay-küy saldı. Lakin onun «Liverpul»un sükanına keçmək üçün əhəmiyyətli karyerası yoxdur.
|
|
|
|
Xəbər 1094 dəfə oxundu
|
Bölməyə aid digər xəbərlər |
|
|
|
|
|