Umummilli lider Heydər Əliyevin xatirəsinə keçirilən beynəlxalq veloturun 2-ci mərhələsində qalib adını ispaniyalı Rubio Hernandes qazandı. İdman.com.az saytının məlumatına görə, Bakı – İsmayıllı marşrutu üzrə yola çıxan velosipedçilər 175 km yürüş etdilər. 1-ci yerin sahibi bu məsafəni 4 saat, 41 dəqiqə və 39 saniyəyə sürdü. 2 mərhələnin lideri əlcəzairli Yusif Regigi oldu. O, pireneyli həmkarından 12 saniyə geri qaldı. Azərbaycan komandasından ən yaxşı nəticəni Qurban Tağıyev göstərdi. O, finişə qalibdən 18 dəqiqə gec çatdı.